Baş nazir “istefa verməyəcəyəm” qərarında israrlıdır
22.09.2023 [10:35]
Nikol Paşinyan hakimiyyətini təhvil verməməkdə israrlı mövqe sərgiləyir
Baş nazir bu günlərdə tərəfdaşlarının məhdud sayda üzvləri ilə qısa görüşə qatılıb. Ermənistan KİV-ində yer alan xəbərlərə əsasən o, komandasına açıq şəkildə istefa verməyəcəyini, nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bildirib.
“Bu gün biz çətin dövrlərdən keçirik, amma başa düşmək vacibdir ki, niyə bu yolu keçməliyik. Sülh lazımdır. Bu, təhlükəsizliyi, müstəqilliyi, suverenliyi təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional vəziyyətdə sülhdən danışmaq mümkün deyil, lakin məhz bu şəraitdə sülhdən danışmaq lazımdır və bunu atəşkəslə qarışdırmaq olmaz. Bu çətin yol daxili və xarici sarsıntılardan keçir və biz dövlətçilik, müstəqillik, gələcək naminə bu yolu keçməliyik”.
Bu fikirləri isə Nikol Paşinyan xalqa müraciətində ifadə edib. O vurğulayıb ki, 1991-ci ildə respublikanın SSRİ-dən ayrılması ilə bağlı Almatı bəyannaməsi Ermənistanın müstəqilliyinin əsas amillərindən biridir.
Qeyd edək ki, müxalifət N.Paşinyanın məhz Almatı bəyannaməsinə istinadən Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımasını və sülh sazişini məhz bu sənədə istinad etməklə imzalamağa hazır olduğunu bildirməsini böyük yanlışlıq kimi dəyərləndirir. Müxalifət təmsilçiləri iddia edirlər ki, bununla N.Paşinyan “Qarabağın itirilməsinə” hüquqi əsaslar yaradıb.
Paralel şəkildə Nikol Paşinyan ehtiyat tədbirləri görməyi də yaddan çıxartmır. Bu günlərdə onun şəxsi mühafizəsi gücləndirilib. Sızdırılan məlumatlara əsasən, Anna Akopyan və ailənin digər üzvləri hündür divarlarla əhatə olunan bağ evində gizlədilib. Eyni zamanda hökumət binasının qorunması üçün əlavə qüvvələr cəlb olunub. Həmçinin etirazçılara qarşı sərt cəza tədbirləri görülür. Mitinqlərin onlarla fəal iştirakçısı elə küçələrdəcə döyülüb və yaxud həbsə alınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

