Beynəlxalq birlik məlumatlandırılır
30.09.2023 [11:36]
Azərbaycan bölgədə suveren hüquqları çərçivəsində tədbirlər həyata keçirib
N.BAYRAMLI
Cənubi Qafqazda mövcud vəziyyət beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan Ordusunun bir neçə gün əvvəl Qarabağda lokal antiterror tədbirləri keçirməsi nəticəsində Qarabağ separatçılarının təslim olması bölgədə yeni vəziyyət yaradıb. Bununla əlaqədar olaraq bir sıra beynəlxalq təşkilatların və dövlətlərin rəsmi nümayəndələri Azərbaycanla təmasdadır. Onlara mövcud durum, separatçıların tərksilah ediməsi barədə məlumat verilir.
Sentyabrın 28-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub. Telefon danışığı zamanı, iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Ceyhun Bayramov Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal antiterror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Antiterror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və onların tərk-silah edilməsinin ölkəmizin suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb. Görülən antiterror tədbirlərinin, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.
Ermənistan tərəfinin guya bölgədə “etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddialarının həqiqətə uyğun olmadığı, ölkəmizin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər gördüyü qeyd olunub. Ölkəmizin həm ikitərəfli əsasda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinə, habelə Azərbaycan Respublikasının Konstitusiyası, tərəf olduğumuz beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya səylərinə sadiq olduğu bir daha vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumdur ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb. Ermənistan rəhbərliyi 10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyərək hərbi birləşmələrini Azərbaycanın Qarabağ ərazisində saxlayırdı. Bu da bölgə üçün ciddi təhdid idi. Bundan əlavə, davamlı olaraq hərbi-siyasi təxribatların törədilməsi, o cümlədən Ermənistan baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də təbrik mesajı ünvanlaması rəsmi İrəvanın separatizmi dəstəkləməsinin növbəti göstərici idi.
Bütün bunlar antiterror tədbirlərini zərurətə çevirdi. Bu tədbirlər zamanı Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Dövlətimizin bu mövqeyi beynəlxalq tərəfdaşların, regionda vəziyyətlə maraqlanan ölkələrin diqqəinə aydın şəkildə çatdırılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

