Tarixi yenidən yazılan rayon
28.10.2023 [11:09]
Zəngilanın işğalından 30 il ötmədi
G.QABİLQIZI
Keçmişini unudan xalqın gələcəyi olmaz deyiblər. 1990-cı illərdə itirdiyimiz torpaqlarımıza və şəhidlərimizə görə həmin illəri xatırlamaq hər nə qədər ağrılı da olsa, unuda bilmərik. Çünki millət yalnız unudanda məhv olur. Biz də unutmamışıq, başımıza gətirilən bəlaları, yurd-yuvamızdan didərgin düşdüyümüz tarixləri yaxşı xatırlayırıq.
Həmin tarixlərdən biri də Zəngilan rayonunun işğal edildiyi tarixdir.
Zəngilan rayonunun işğal altına düşməsi də, işğaldan azad olunması da məhz oktyabr ayına təsadüf edir. Rayonun mənfur düşmən tərəfindən işğalı 30 il bundan əvvəl - 1993-cü il 29 oktyabr tarixində baş vermişdi. Üç il bundan əvvəl - 2020-ci il oktyabrın 20-də isə rayon işğaldan azad edildi.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində 67 gün mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 250-yə yaxın şəhid vermişdi. Rayonun 44 sakini itkin düşüb və onların taleyindən bugünədək xəbər yoxdur. Azərbaycanımızın ayrılmaz guşəsi olan Zəngilanın erməni hərbi birləşmələri tərəfindən işğal olunması rayonun 33 mindən çox əhalisinin doğma yurdlarından didərgin düşməsinə səbəb olmuşdu.
3 il əvvəl tarix yenidən yazıldığına görə, bu gün Zəngilanın işğalından 30 il ötmür. İndi işğal tarixindən yalnız hadisələrin bu üzünü unutmayaq, unutdurmayaq, deyə bəhs edirik. Bu gün cümləni bitirərkən feilin zamanını dəyişiriksə, bunu yalnız Azərbaycan Ordusuna borcluyuq. Çünki rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə tariximizin ən şərəfli səhifələrini yazdı. Vətən Müharibəsində müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və ordumuz Zəngilanın azad edilməsi uğrunda əməliyyata 18 oktyabr 2020-ci il tarixində başladı.
Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdi. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdu. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Sükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdu. Rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmamış, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmişdi. Bununla həm də illərdir qəlblərdə alovlanan yurd həsrəti bitmiş, Cocuq Mərcanlıda olduğu kimi, Zəngilanda da həyat yenidən qaynamışdır. “Böyük Qayıdış”ın ilk addımlarının da məhz Zəngilanın Ağalı kəndində atılması, Zəngilanda Beynəlxalq Hava Limanının açılması bu torpaqların strateji əhəmiyyətindən xəbər verir. İndi smart kəndlər üzərində qurulan, müasir standartlara cavab verən Zəngilana hissə-hissə, addım-addım qayıdırıq və bu qayıdışımız əbədidir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05

