İcma: Ermənistan tərəfi İcmanın fəaliyyətinə qarşı qarayaxma və təzyiq kampaniyası aparır
06.11.2023 [21:33]
Məlum olduğu kimi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşmüşdür.
Ermənistan tərəfi xüsusilə bu görüşdən sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının noyabrın 6-da yaydığı bəyanatda bildirilib.
“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi 2023-cü il noyabrın 6-da açıq şəkildə bildirmişdir ki, Ermənistan tərəfi bu ölkədən qovulmuş azərbaycanlılar məsələsi ilə məşğul olmasını dayandırması üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə ciddi təzyiqlər göstərir. Ermənistan XİN-in sözçüsü hətta iddia etmişdir ki, Ermənistanın göstərdiyi təzyiqlərə görə D.Miyatoviç səfərinin yekunlarına dair yaydığı mətbuat relizində Ermənistandan olan azərbaycanlı qaçqınlarla keçirmiş olduğu görüşü barədə istinad verməmişdir.
Qərbi Azərbaycan İcması Ermənistanın həyata keçirdiyi qarayaxma kampaniyasını insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiq və hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki, Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti yoxdur.
İcma beynəlxalq insan hüquqları təsisatlarını, ələlxüsus, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi Ermənistanın təzyiqlərinə məhəl qoymamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsi ilə məşğul olmaqda davam etməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45

