Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qaxa ilk qar yağıb

Qaxa ilk qar yağıb

21.11.2023 [12:05]

Qax rayonunun Sarıbaş kəndinə ilk qar yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, temperatur aşağı düşüb. Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.

Belə ki, dünən axşamdan etibarən yağan yağış daha sonra qara çevrilib. Nəticədə Sarıbaş kəndində qarın hündürlüyü 4 santimetrə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31