Onun əsas amalı
11.12.2023 [12:28]
Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi olmuşdur. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdır. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. Ulu öndərin bu mühüm tarixi qərarı məhz gələcək müstəqil Azərbaycanın ordu quruculuğu üçün hədəflənmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu. Ulu Öndər Heydər Əliyev ölkəmizdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Bir sözlə, həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanda hərbi kadrların hazırlanması və ordu quruculuğu dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında xidmətlərini saymaqla qurtarmaq mümkün deyil. Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən ulu öndər Heydər Əliyev qarşıya çox mühüm vəzifələr qoymuş və müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edəcək Əsas Qanunun xalqın iradəsinə söykənməli olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən çox mühüm məqamlardan biri də dövlət dilinin necə adlandırılması məsələsi olmuşdur. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, lakin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənimişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Heydər Əliyevin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olaraq əsrlər boyunca Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki dahi şəxsiyyət öz titanik fəaliyyəti ilə xalqın məhəbbətini qazanmışdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

