“Nöqsanlar” reallıqla ziddir!
09.01.2024 [11:10]
Komitə Vaşinqtonu ikili standartlardan uzaq olmağa çağırır
Günel ABBASOVA
Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən bəzi xarici dairələr ölkəmizdə radikal və ekstremist dini ideyaların daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar. Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir.
Elə bu səbəbdən də Amerika Birləşmiş Ştatları Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il üçün hesabatında irəli sürülmüş əsassız iddialarla Azərbaycanın “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısı”na daxil edilməsi siyasi qərəzin və ikili standartların növbəti nümunəsidir. Multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanın həmin siyahıya daxil edilməsi ən azından ədalətsizlikdir.
Yeni siyasi manipulyasiya vasitəsi - ABŞ-ın qondarma siyahısı
Yeri gəlmişkən, ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil.
2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Dövlət katibi tərəfindən Azərbaycanın “xüsusi izləmə siyahısı”na daxil olan ölkə kimi müəyyənləşdirilməsini Dövlət Departamentinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yaymışdır. Dövlət Komitəsi olaraq dəfələrlə bu komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şayiə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz müxtəlif səviyyələrdə diqqətə çatdırılıb. Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadığı və qərəzliliyi maddə-maddə onların diqqətinə çatdırılaraq etiraz ifadə edilmişdir. Eyni zamanda Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yaymış, komissiyaya göndərmiş, o cümlədən müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar vermişlər.
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim olunan “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir.
Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var.
Abidələrlə bağlı. Sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik.
Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmamışdır.
Hesab edirik ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Dini baxımdan “nəzarətə götürülməli” olan ölkələrdən biri Ermənistan və ABŞ-dır. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək qərəzli yanaşmadır.
Elə ABŞ-ın özündə də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir. ABŞ-lı hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ayrı-seçkiliyə məruz qalıb. Anti-İslam əhvali-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.
Beləliklə, komissiya və Dövlət Departamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdi yolverilməzdir. Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirir.
Fürsətdən istifadə edərək Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qarayaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili standartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar atmağı tövsiyə edirik”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

