Alternativ yığım imkanı...
11.01.2024 [10:26]
Özəl Pensiya Fondu yaradılır?
Dünya təcrübəsində uzun müddət istifadə olunan mexanizmlərdən biri də özəl pensiya fondlarıdır. Bu mənada Amerika Birləşmiş Ştatlarında 220-dən artıq, Böyük Britaniyada 23, Yaponiyada 17 özəl pensiya fondu fəaliyyət göstərir.
Bu fondların üstünlükləri olduqca genişdir. Üstünlüklərdən biri vətəndaşlara ahıllıq dövrü üçün alternativ planlama imkanının yaradılmasıdır. Belə ki, bu fondlar əhalinin gəlirlərinin işlədilməsindən əldə olunan mənfəətin bir qismini vətəndaşla paylaşır və əhali gəlirlərinin dəyərlənməsini uzunmüddətli dövr üçün təmin edir. Həmçinin əhali pulunu özü yığarsa, zaman keçdikcə bu vəsait inflyasiyanın təsiri ilə dəyərsizləşə bilər. Özəl pensiya fondları məhz bu yığımları müəyyən qədər mənfi təsirlərdən qoruyur.
Digər tərəfdən özəl pensiya fondları vətəndaşlar üçün bir sıra seçimlər verir, vətəndaşlarla müəyyən qaydalar çərçivəsində fərdi şəkildə müqavilələr imzalanır. Bunun əsasında vətəndaş aylıq ödəyəcəyi məbləği, pensiya hüququ əldə edəcəyi yaş həddini özü təyin edə bilər. Hətta bəzi ölkələrdə vətəndaşlar öz vəsaitlərini dövlət, yoxsa özəl pensiya fondunda yığmaqla bağlı seçim edirlər. Amma özəl pensiya fondunu seçən vətəndaşlar gələcəkdə dövlətdən pensiya almaq hüququndan məhrum olurlar.
Yeri gəlmişkən, Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Dünya təcrübəsinin uğurlu mexanizmi
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, özəl pensiya fondlarının yaradılması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir: “Qeyd edək ki, bir müddətdir bu istiqamətdə qanunverici bazanın formalaşdırılması, eyni zamanda fondların formalaşması üsulları və mexanizmlərinin yaradılması ilə bağlı işlər görülürdü. Burada əsas məqsəd vətəndaşa həm dövlət, həm də özəl fondlar vasitəsilə ödəniş etmək imkanı verilməsidir. Bu, vətəndaşa şərait yarada bilər ki, vətəndaş özünün Dövlət Sosial Müdafiə Fondundakı yığımları ilə yanaşı, həm də özəl pensiya fondundakı yığımlarına malik olsun. Belə olduqda vətəndaşlarımızın iki mənbədən pensiya almasına və daha çox məbləğdə pensiya almasına gətirib çıxaracaq. O baxımdan fondların yaradılması birmənalı şəkildə vətəndaşlarımız üçün alternativ yığım imkanı deməkdir və bu fondlar fəaliyyətə başladıqdan sonra pensiyaçıların pensiya məbləğində artımlarla müşahidə olunacaq”.
Deputat diqqətə çatdırıb ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır: “Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Ölkələr fərqli olduğu kimi, özəl pensiya fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır. Qeyd edək ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanılması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir”, - deyə o qeyd edib.
Pensiya fondlarının bir sıra üstünlüklərinə toxunan V.Bayramov vurğulayıb ki, burada əsas məsələlərdən biri də fondun maliyyə bazarlarının əsas iştirakçılarından birinə çevrilməsidir. Dünyanın ən böyük investisiya fondlarından bir çoxu özəl pensiya fondlarıdır. Onlar əhalinin passiv yığımlarını cəlb edib, iqtisadiyyata ötürürlər. Bununla da fondların fəaliyyət göstərdiyi ölkələrin pul dövriyyəsi sürətlənir. Burada dövlət də əlavə gəlir əldə etmiş olur.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

