Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda 4 dərəcə şaxta olacaq

Bakıda 4 dərəcə şaxta olacaq

14.01.2024 [13:05]

Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.

Yanvarın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31