Qlobal ticarətin əsas meyarı
26.01.2024 [10:50]
Beynəlxalq Gömrük Günüdür...
Yeganə BAYRAMOVA
Ümumdünya ticarəti xarici satış səhifələrindən əldə etdiyimiz məhsulların qlobal mübadiləsinə və ölkələr arasında gediş-gəlişin asanlığına xidmət edir. Lakin bu fəaliyyətin tənzimlənməsində dövlətlərin gömrük orqanları üzərinə böyük məsuliyyət düşür.
Məlumdur ki, hər bir ölkədə xaricdən gətirilən malların idxalı və ixracına nəzarət etmək üçün məsul gömrük orqanı var. Eyni zamanda, hansı malların gətirilə biləcəyi və göndərilməsi ilə bağlı bütün ölkələrin özünəməxsus qanunları mövcuddur. Dünyada gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmaqdadır.
Artıq 41 ildir ki, yanvarın 26-sı Beynəlxalq Gömrük Günü kimi qeyd olunur. İlk dəfə 26-27 yanvar 1952-ci ildə Brüsseldə 17 Avropa ölkəsinin gömrük xidməti nümayəndəsinin iştirak etdiyi Gömrük Əməkdaşlığı Birliyinin təsis konfransı keçirilib. Konfransın ikinci günü gömrük əməkdaşlığı haqqında Konvensiya qəbul edilib və elə həmin gündən sozügedən Konvensiya qüvvəyə minib. Qlobal miqyasda hər il müşahidə edilən bu hadisə gömrük işçilərinin mühüm əməyini təqdir edir.
Qeyd edək ki, 20224-cü ildə Beynəlxalq Gömrük Gününün mövzusu “Gömrük Məqsədi ilə Ənənəvi və Yeni Tərəfdaşların cəlb edilməsi” adlanır.
Qlobal ticarət qaydaları daim dəyişir
2023-cü ildə 355 regional ticarət sazişi imzalanıb. 2000-ci ildən bəri onlar iki dəfədən çox artıb. Bu, gömrük rəsmiləşdirilməsi prosedurlarının mürəkkəbliyini, eləcə də rəsmiləşdirmələrin sayını artırır. Məsələn, Böyük Britaniyanın Avropadakı gömrük bazarı 2020-ci ildəki 50 milyon bəyannamədən 2021-ci ildə 250 milyona qədər 5 dəfə artıb.
Gömrükdə rəqəmsallaşma gedir...
Gömrük xidmətlərinin daha səmərəli ola bilməsi üçün müxtəlif müzakirələr olub. Tənzimləyici orqanlar öz texnologiyalarını təkmilləşdirir, icranı daha səmərəli edir. Elektron sənədləşdirmənin və Ağıllı Sərhədlərin tətbiqi buna nümunədir.
Gömrük brokerləri...
Bu gün gömrük brokerləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə, böyük və kiçik biznes üçün məlumatları və mürəkkəbliyi idarə etməklə dövlət sərhədlərində çalışırlar. Qlobal ticarət artdıqca, gömrük brokerlərinin biznes üçün əhəmiyyəti də daha böyük əhəmiyyət kəsb edir. Gömrük brokerləri təhlükəsizlik və tənzimləmə tələbləri labirintindən keçərək, malların sərhədlərdən keçməsini asanlaşdırmaqda əsas rol oynayır və bunu bütün dünyada beynəlxalq ticarətdə iştirak edən şirkətlərin böyük əksəriyyətinin adından edirlər.
Gömrük işçiləri bizi qanunsuz ticarətdən və oğurluqdan qoruyur. Sabit iqtisadiyyatın inkişafında yaxşı gömrük proqramlarının mövcudluğu da vacib şərtlərdən biridir. Etibarlı gömrük xidməti isə hər bir zaman inkişaf etmiş dövlətlər üçün əhəmiyyətli amillərdən hesab olunur. Bu baxımdan Beynəlxalq Gömrük Günündə gömrük işçilərini peşə bayramı münasibətilə təbrik etmək yerinə düşər.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

