Elm bir nurdur ki, paylaşdıqca çoxalar...
14.02.2024 [11:20]
Kitab Bağışlama Gününü necə qeyd etməli?
Günel ABBAS
Kitablar bəzən insanların hisslərini ifadə etmək üçün önəmli bir vasitəyə çevrilə bilir. Kitab oxumaq qətiyyət, səbr və öyrənmək istəyinin əlamətidir. Kitab oxumaq bir millət üçün nicat əlamətidir. Kitab insanlara danışmağı, yazmağı, həyatı, insanlığı öyrədir.
Kitab üçün buna bənzəyən çoxsaylı ifadələr işlədə bilərik. Çünki kitab həyatımızda xüsusi yeri olan və bizə nə isə izah etməyə həsr olunmuş bir nemətdir. Bəzi insanlar bundan sui-istifadə edirlər. Məsələn, bəzi hallarda hansısa dini və inancları ləkələmək üçün kitabdan istifadə olunur. Maraqlısı odur ki, həmin insanları da kitablar vasitəsilə doğru yola çəkmək mümkündür.
Belə bir ifadə var ki, hər insan kitab yaza bilməz, amma hər kəs kitab oxuya bilər. Bu mənada kitablar hər kəsin düşüncəsinə, zövqünə xitab edir. Kitab elə bir məfhumdur ki, paylaşdıqca insanlara daha çox fayda verir. Buna görə də, kitab ianələri çox vacibdir. Çünki hər kəsin kitab almağa büdcəsi olmaya bilər. Ona görə də oxuduğunuz kitabları çox insan oxusun deyə paylaşın.
Yeri gəlmişkən, 14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün hər kəs oxumaqdan zövq aldığı kitabları bağışlamaqla başqalarının faydalanmasına kömək edə bilər. Bəzi yeni və ya səliqəli istifadə olunmuş kitablar yerli kitabxanalara, yerli məktəbə, vətəndaş cəmiyyətlərinə və ya yerli quruma bağışlana bilər.
Bu gün həm də oxumaq sevgisini yaymaq üçün bir fürsətdir. Bütün dünyada kitabların bağışlanması savadlılığı dəstəkləyə və oxumağa təşviq edə bilər.
Kitab oxumağın faydaları
Kitab oxumaq diqqəti və konsentrasiyanı yaxşılaşdırmağa kömək edir, təxəyyülü artırır, stressi azaldır, yaddaş gücünü yaxşılaşdırır. Kitab həm də oxumağa həvəsi olan insanlar üçün ən yaxşı hədiyyədir. Kitabların qiyməti də sərfəlidir və diqqətinizi problemlərdən yayındırır, bəzən sizi həyəcanlandırır, dünya haqqında öyrədir və geniş baxış bucağına sahib olmağa kömək edir.
Beynəlxalq Kitab Bağışlama Gününün mənşəyi haqqında dəqiq məlumat yoxdur. Ancaq ehtiyacı olan uşaqlar üçün kitab və ya pul bağışlamağın vacibliyinə görə bu günü qeyd etmək vacibdir. Bu günün yaradılmasında əsas məqsəd uşaqları kitab oxumaq vərdişinə yiyələndirməkdir. Bu mənada Kitab Bağışlama Günü bir çox uşaq üçün bu vərdişi əldə etmək şansı verə bilər.
Beynəlxalq Kitab Bağışlama Gününün əhatə dairəsi genişlənməkdə davam edir. 2014-cü ildə Beynəlxalq Kitab Bağışlama Günü Avstraliya, Kanada, Cənubi Afrika, Fransa, Hindistan, İrlandiya, Yaponiya, Yeni Zelandiya, Sinqapur, Filippin, Türkiyə, Böyük Britaniya, ABŞ, Almaniya, Nigeriya, Braziliya, Misir, Polşa, Yunanıstanda qeyd olunub. Eləcə də Portuqaliya. Onu Meksika, Makedoniya, Malavi, Macarıstan, Malayziya, İsrail, Danimarka, Tayland, İndoneziya, İordaniya, Çin, Puerto-Riko, Bolqarıstan və Nikaraquada da insanlar bu günü qeyd edirdilər.
Necə qeyd etmək lazımdır?
Ancaq çox təəssüf ki, inkişaf etməkdə olan ölkələrdə uşaqların əksəriyyətində kitab yoxdur. Məsələn, İngiltərədə uşaqların üçdə birində kitab yoxdur. ABŞ-da yoxsulluq içində yaşayan uşaqların üçdə ikisinin kitabı yoxdur. Bu mənada Beynəlxalq Kitab Bağışlama Günü uşaqların kitablara əlçatanlığını və həvəsini artırmaq məqsədi daşıyan könüllü təşəbbüsdür.
Ümid edirik ki, bütün dünyada insanlar öz icmalarında ehtiyacı olan uşaqlara kömək etməyin ən yaxşı yollarını nəzərdən keçirəcəklər.
Kitabların bağışlanmasının vacibliyi haqqında maarifləndirmək üçün sosial şəbəkələrdə fotoşəkillər və fikirlər paylaşıla bilər. Bu günü dostlara, qohumlara kitab hədiyyə etməklə qeyd etmək olar. Kitabları iş yerlərinə, kafelərə və yaxınlıqdakı kitabxanalara hədiyyə etmək də bu günü qeyd etməyin bir yolu ola bilər.
Qeyd edək ki, bayram əsasən İngiltərədə qeyd olunsa da, dünyanın hər yerindən kitabsevərlər hər il bu bayramlara qatılırlar və bir-birlərinə, qurumlara kitab bağışlayaraq bu günü xoş ovqatla keçirirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

