İlk dəfə...
13.03.2024 [10:32]
Bakı Su Həftəsi işə başlayıb
Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir. Digər faktorlarla yanaşı, su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil.
Ölkəmizdə bu sahənin inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi üçün yeni fürsətləri əlçatan etmək məqsədilə mühüm tədbirlər keçirilir. Həmin tədbirlərdən biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə təşkil edilən Bakı Su Həftəsidir.
90-a yaxın şirkətin iştirakı...
Bakı Su Həftəsinin işə başlamasında əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsidir. Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsi də əsas məqsədlərdən biridir.
Tədbirdə 16 ölkədən 90-a yaxın şirkətin iştirakı təsdiqlənib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir. Tədbir martın 14-də başa çatacaq.
Dövlət siyasətinin prioritet istiqaməti
Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu istiqamətdə Prezident
İlham Əliyev tərəfindən son illər çoxsaylı layihələr həyata keçirilib. Ötən il ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb.
Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su Həftəsi Beynəlxalq Konfransı su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirəcək. İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatı keçiriləcək. O cümlədən “Qlobal su qıtlığı və iqlim dəyişikliyi”, “Azərbaycan və Xəzər regionunun su ehtiyatlarından səmərəli istifadə”, “Su idarəetməsində texnoloji yeniliklər”, “Aqrar sahədə suyun istifadəsi”, “Ekologiya sahəsində yenilik”, “Cəmiyyətdə suyun davamlılığı” və bir sıra digər mövzuları əhatə edən panel diskussiyaları təşkil ediləcək.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

