Dava “yorğan” davasıdır...
16.03.2024 [09:45]
Əli Kərimli Osmanqızını niyə hədəfə alıb?
“Maddi gəlir” məsələsi redikül ünsürlərin daha bir ortaqlığına son qoymaqdadır. Son günlər ölkəmizdəki redikül müxalifətlə bu düşərgənin xaricdəki uzantılarının arasında baş verənlər, etiraflar bunun bariz sübutudur. Başqa sözlə, AXCP sədri Əli Kərimli ilə ermənipərəst Sevinc Osmanqızı arasındakı dava “yorğan davası”dır.
Xaricdəki ermənipərəst mərkəzlərin pulu ilə internet məkanında özünə “kanal” yaratmış və bəlli dairələrin dəstəyi ilə okeanın o tayında mənzillənmiş Sevinc Osmanqızı ilə onun dünənə qədər bəh-bəhlə tərifləyib göylərə qaldırdığı Əli Kərimli arasında başlanan bu davanın detalları isə hər keçən gün daha aydın ortaya çıxır. Artıq günlərdir ki, Sevinc Osmanqızı Əli Kərimlini öz “kanal”ında “yaş yuyub quru sərir”, Əli Kərimli isə trolları vasitəsilə Sevinc Osmanqızını hədələyir, onu linc etməklə qorxudur. Bəs görəsən, dünənə qədər “can deyib, can eşidən” bu iki şəxs arasındakı “müharibə”nin səbəbi haradan qaynaqlanır?
Qeyd edək ki, Osmanqızı AXCP-nin xaricdə yaşayan və adını “mühacir” qoymuş bəzi maşalar vasitəsilə söyüş kampaniyası apardığını etiraf edib. Bildirib ki, həmin “maşalara” “söyüş sifarişi” məhz Əli Kərimlinin rəhbəri olduğu partiya tərəfindən verilir. Qeyd edib ki, AXCP-dən həmin şəxslərə kimlərin zəng etməsi də ona bəllidir. Bu yolla o, sifariş verən AXCP üzvlərinin Əli Kərimli tərəfindən təlimatlandırıldığını önə çəkir.
Sosial şəbəkələrdə özünü “təmizə çıxarmağa” çalışan Osmanqızı açıq şəkildə etiraf edir ki, onun Kərimlinin siyasi gedişləri, hətta siyasi mövqeyi ilə bağlı əvvəlki fikirlərində dəyişiklik baş verib. Necə deyərlər, dünən yatıb, bu gün durub və fikirləşib ki, Əli Kərimli indiyə qədər nə edibsə, hamısını səhv edib. Məsələnin bu hissəsi anlaşılandır. Yəni onsuz da Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimlinin xəyanətkar mövqe sərgilədiyini, ermənipərəstlərin dili ilə danışdığını, ölkəmizə və xalqımıza qarşı aparılan fransız kampaniyaların tərkib hissəsi kimi çıxış etdiyini bilir. Bəs, necə olub ki, Əli Kərimlinin xəyanətlərini gizlətmək üçün min bir yola baş vuran, onun “aydan arı, sudan duru” olduğunu iddia edən Sevinc Osmanqızı öz mövqeyini 180 dərəcə dəyişib. Dünənə kimi Kərimlini ağızdolusu tərif edərək “göylərə qaldıran” Sevinc bu gün AXCP sədrinin, onun partiyasını söyüşçü dəstəyə himayədarlıq etdiyini, sifarişlər verdiyini bildirir.
Əslində, radikal düşərgədə bu vaxta qədər baş qaldıran qarşıdurmaların nədən qaynaqlandığını, həmçinin Əli Kərimlinin öz düşərgədaxili müttəfiqlərini məhz “pay-püşk” məsələsində incik saldığını xatırlasaq bu suala cavab tapmış olarıq. Bir sözlə, hər dəfə olduğu kimi, bu səfər də dava pul üstündə, qrant üstündədir. Xüsusilə, Qərb dairələrinin ölkəmizdəki bəzi “yuvaları”nın ifşasının ardından veriləcək qrantlara sahib çıxmaq üçün başlanan bu dava heç də “fikir” və ya “ideoloji” fərqlilikdən qaynaqlanmır. Bu vaxta kimi ətrafındakıların “haqqını mənimsəməklə” məşhurlaşmış Kərimli, görünür, bu dəfə də dağıdıcı düşərgəyə verilən xarici “ənamlara” Osmanqızının “şərik çıxmasını” istəmir. Osmanqızı da buna özünəxas tərzdə cavab verir. Əgər belə olmasaydı, AXCP sədrinin patoloji nifrət bəslədiyi şəxslər Osmanqızı TV-yə onlayn da olsa, ayaq basa bilməzdi. Tərəflər arasındakı düşmənlik o həddə çatıb ki,
S.Osmanqızı nəinki üstüörtülü, elə açıq kontekstdə də Əli Kərimlinin və rəhbərlik etdiyi partiyanın heç bir gücə sahib olmadığını rahat şəkildə deyir, onu digər ölkələrdəki “müxalifət”lərlə müqayisə edir, yalnız sosial şəbəkələrdə boş-boş danışmaqda günahlandırır. Amma Əli Kərimli də dinc dayanmır. Osmanqızı özü etiraf edir ki, Əli Kərimli ona qarşı miqyasıölçülməz kampaniya başladıb. Sosial şəbəkə qruplarında S.Osmanqızının bəlli olan, olmayan bütün məziyyətlərini, “əziyyətlərini” aləmlə bir edib. Necə deyərlər, açıb sandığı töküb pambığı. İndi bu sandıqdan çıxan pambıqla kim kimin qəsdinə duracaq, bunu da zaman göstərəcək...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

