IDEA İctimai Birliyinin “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda keçiriləcək
04.04.2024 [13:43]
"Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq kurs müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımı ləvazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini səmərəli icra etmələri üçün lazımi şərait yaradılacaq.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə kömək göstərilməsi planlaşdırılıb.
Məlumdur ki, arı və digər tozlandırıcılar biomüxtəlifliyin mühafizəsində vacib rol oynayır və arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz, eyni zamanda, faydalı növü hesab edilir. Bunu nəzərə alan IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə arıçılığa dəstək məqsədilə ölkəmizdə nektar verən ağacların əkilməsi üzrə kütləvi ağacəkmə aksiyaları keçirir və ekosistemdə vacib rol oynayan arıların qorunmasında hər birimizi aktiv iştirak etməyə çağırır.
Layihədə iştirak etmək istəyən gənclərin aprelin 10-dək müraciətlərini IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Qəbələ Rayon Məşğulluq Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçməsi xahiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

