Xaricdən idarə olunan dövlət çevrilişinə cəhd
05.12.2024 [09:03]
Gürcüstanda nə baş verir?
Qonşu və dost Gürcüstandan gələn həyəcanlı xəbərlər səngimir. Oktyabrın 26-da baş tutan on birinci çağırış Gürcüstan parlamentinə seçkilərin nəticələri artıq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib, yeni tərkibdə parlamentin bir neçə iclası baş tutub. Eyni zamanda, qalib “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi İrakli Kobaxidzenin rəhbərliyi ilə yeni hökumət formalaşdırılıb. Bununla belə, ölkədə seçki ajiotajı səngimək bilmir. Xüsusilə də Baş nazir İ.Kobaxidze bir neçə gün bundan əvvəl “Gürcüstan Avropa İttifaqının üzvlüyünə namizədliklə bağlı danışıqları 2028-ci ilədək dayandırır” məzmunlu bəyanat verdikdən sonra birləşmiş müxalifət və Qərbə sıx maliyyə bağlılığı olan qeyri-hökumət qurumlarının çoxsaylı üzvləri Tbilisi küçələrinə çıxaraq permanent etirazlara başlayıblar.
Etirazlar nədən qaynaqlanır?
Bəs Gürcüstanda müşahidə edilən etirazların kökünü harada axtarmaq lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə və öz mövcudluğyunu təmin etməyə çalışan Qərb Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsinə çevirib. Ayrılan qrantların, genişhəcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələn tezislər əsasında qurmalıdır. Açıq etiraf edək ki, Aİ Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə doğru müəyyən qədər irəliləməyə nail olub. Belə ki, hazırda cəmiyyətin böyük bir kəsiminin alınan qrantlara görə Qərbin alətinə çevrildiyi Gürcüstanın çox kədərli reallıqlarından biridir. Son günlərdə meydanlarda aktivlik göstərən müxalifət də həmin kəsimin sırasında yer alır. Küçələrə çıxanların böyük əksəriyyəti Qərbin maliyyə kisəsinə bu və ya digər dərəcədə bağlıdır.
Burada idiyədək Gürcüstan hakimiyyətinin yol verdiyi müəyyən ləngiməni də qeyd etmək yerinə düşər. Hakimiyyət cəmiyyətin Qərbin maliyyə asılılığına düşməsinin qarşısını vaxtında almalı idi. Burada Azərbaycanın təcrübəsi müsbət nümunə kimi diqqət çəkir. Respublikamızda vətəndaş cəmiyyəti təsisatlarının çoxsaylı layihələri məhz dövlətin ayırdığı maliyyə ilə reallaşdırlır. Beəliklə də, respublikamızda xarici təsirlərdən asılı olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti bloklanıb. İndi Gürcüstan hakimiyyəti də bu təcrübədən istifadə etməyi hədəfləyir. Ancaq itirlmiş zamanı müəyyən itkilərlə qarşılamaq lazım gəlir.
Aksiyalarda saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır
Beləliklə, bu gün Gürcüstanda müşahidə edilənlər yalnız bir seçki məsələsi deyil. Tbilisidə və bəzi regionlarda baş verənləri xaricdən idarə olunan dövlət çevrilişinə cəhd kimi səciyyələndirmək daha doğru olardı. Bunu təsdiqləyən faktlar da var. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib ki, Tbilisidə etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.
“Gürcüstan Hökumətinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayanların etiraz dalğası əslində casusların təşkil etdiyi dövlət çevrilişinə cəhddir”. Belə bir bəyanatla isə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatı İrakli Kirtsxaliya çıxış edib. Onun sözlərinə görə, Baş nazir İrakli Kobaxidze bu qərarın ölkənin Aİ-yə inteqrasiyasının dayandırılması demək olmadığını izah etsə də, prezident Salome Zurabişvili və müxalifət düşünülmüş şəkildə dezinformasiyalar yayaraq insanları mitinqlərə dəvət edir, iğtişaşlar yaratmağa çalışırlar.
Agentura şəbəkəsinin başında kim dayanır?
“Xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır. Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar”. Bu fikri isə “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vato Şakarişvili ifadə edib.
Gürcüstan daxilində xarici agentlərə dəstək verən qüvvələrdən danışan politoloq deyib: “Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir”.
O cümlədən Gürcüstan patriarxlığı prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb. Bu barədə Gürcüstan patriarxlığı bəyanat yayıb. “Gürcüstan prezidentinin “X” sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, “universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır”. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanatlar verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır”, - deyə açıqlamada qeyd edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

