Qəzzada sabitlik üçün...
15.08.2026 [10:15]
Mahmud Abbas Türkiyəyə gəldi - ABŞ prosesi sürətləndirir
Yaxın Şərqin sülh planı mərhələli şəkildə icra olunur. Proseslərin inkişafı ağır getsə də, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Türkiyə də daxil olmaqla bir neçə ölkənin vasitəçiliyi ilə formalaşan Sülh Şurasının Qəzza ilə bağlı planında dəyişiklik yoxdur. Azərbaycanın da üzvü olduğu Sülh Şurası yarandığı qısa müddət ərzində bir sıra mühüm irəliləyişlərə nail olub - ilkin və ən diqqətçəkən nəticə kimi Qəzzada hərbi əməliyyatların dayandırılması istiqamətində atılan addımları göstərmək olar.
Qəzza zolağında baş verən hadisələr təkcə regional deyil, qlobal təhlükəsizlik üçün də ciddi risklər yaradırdı. Humanitar böhranın dərinləşməsi, mülki əhalinin əziyyət çəkməsi və infrastrukturun dağıdılması beynəlxalq mexanizmlərin daha operativ fəaliyyət göstərməsini tələb edirdi. Bu baxımdan “Sülh Şurası”nın çevik qərarvermə modeli özünü praktik müstəvidə doğrultmağa başlayıb.
Ərdoğan: Qəzzada yenidənqurma prosesi üçün lazımi şərtlər və təhlükəsizliyin təmini mümkün qədər tez təmin edilməlidir
Bütün bunlarla yanaşı, Fələstin məsələsi Yaxın və Orta şərq üçün ən mühüm amillərdən biri kimi qalmaqda davam edir. Bu Fələstin Prezidenti Mahmud Abbasın Türkiyə səfəri zamanı bir daha müşahidə olundu. Qeyd edək ki, avqustun 11-13 aralığında Türkiyəyə səfər edən Mahmud Abbas bir sıra görüşlər keçirib. Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra Beştəpədə birgə mətbuat konfransı keçirən ölkə başçıları mühüm məqamlara toxunublar. Prezident Ərdoğan bildirib ki, Türkiyə prosesi iki dövlətli həll yolu əsasında Fələstinlə məsləhətləşmələr çərçivəsində davam etdirir: “BMT-nin məlumatlarına görə, təkcə 2026-cı ildə məskunlaşma terroru, dağıntılar və qovulmalar təxminən 3800 fələstinlini didərgin salıb və təxminən 100 fələstinli qardaşımız və bacılarımız qətlə yetirilib. Bu vəziyyət sistematik işğalın və Fələstin administrasiyasının öz torpağında nəfəs almasını qeyri-mümkün etməyə yönəlmiş bir deportasiya strategiyasının məhsuludur. Suveren Fələstin dövlətinin mövcudluğu sarsılır”.
Prezident Ərdoğan çıxışında Qəzza sülh planına da toxunub. Bildirib ki, Qəzzada bütün razılaşmalara və beynəlxalq səylərə baxmayaraq, İsrail administrasiyası barışmaz və aqressiv mövqeyini davam etdirir. Qəzzada yenidənqurma prosesi üçün lazımi şərtlər və təhlükəsizliyin təmini mümkün qədər tez təmin edilməlidir.
Mahmud Abbas: Qəzzada dövlət ola bilməz, Qəzzasız dövlət də ola bilməz
Fələstin Prezidenti Mahmud Abbas çıxışında Prezident Ərdoğana və Türkiyəyə Fələstin məsələsinə verdiyi dəstəyə görə təşəkkür edib. Qəzzada atəşkəsin olmasına baxmayaraq, humanitar yardımın gətirilməsi məsələsində böyük problemlərin yaşandığını bildirib: “Biz Fələstinin qanuni suverenliyinin mümkün qədər tez Qəzzaya qayıtmasını istəyirik. Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir. Qəzzada dövlət ola bilməz, Qəzzasız dövlət də ola bilməz. Bunlar yalnız Fələstin dövləti qurulduqdan sonra baş verəcək. Biz öz torpağımızda möhkəm dururuq, köçkünlüyə qarşıyıq. Xalqımız müstəqillik və azadlığa qovuşana qədər sizin dəstəyinizi gözləyirik”.
Plan davam edir...
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Qəzzada sülhə nail olmaq üçün hazırlanmış 15 maddəlik planla bağlı müzakirələr davam edir. Ən son olaraq İsrail Baş naziri Benyamin Netanyahunun planı rədd etdikləri barədə açıqlaması çaşqınlığa səbəb olmuşdu və planın gələcəyi ilə bağlı sual yaratmışdı. İsrail mətbuatında yer alan xəbərlərə görə, Qəzza Sülh Şurası İsraildən planın həyata keçməsinə imkan yaradılmasını, mövcud xətti mövqeyini qorumasını və əsgərlərə birbaşa təhlükə olmadığı təqdirdə xəttdən kənara atəş açmamasını tələb etmişdi.
Artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Trampın müşaviri Cared Kuşner arasındakı təmasdan sonra Qəzza planına şans verməyə hazır olduğu bildirilir. İsrailin 12-ci Kanal televiziyasının məlumatına görə, Netanyahu ötən həftə Kuşnerlə telefonla danışıb. Medianın məlumatına görə, Netanyahu telefon danışığı zamanı HƏMAS-ın silahı yerə qoyacağına inanmadığını, lakin plana şans verməyə hazır olduğunu, eləcə də Qəzzaya hücumları azaltmağa, İsrail ordusunun mövcud “sarı xəttin” qərbinə doğru irəliləməməsinə sadiq qaldığını bildirib.
Qəzza Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov Kanal 12 televiziyasına verdiyi müsahibədə yol xəritəsinin Qəzza zolağının bir daha İsrailin təhlükəsizliyinə təhdid yaratmayacağına zəmanət verməyi hədəflədiyini bildirib və əlavə edib ki, İsrail yerində silahsızlaşdırma istiqamətində konkret addımlar atılmadan geri çəkilməyə məcbur deyil.
Mladenov deyib: “Əgər faktiki silahsızlaşdırma baş verərsə, qruplardan silahlar götürülərsə, saxlanılarsa və nəticədə istifadəyə yararsız hala salınarsa, bəli, İsrail Qəzzadan geri çəkiləcək”. Bununla belə, Mladenov həmçinin Vaşinqtonun dəstəklədiyi Qəzza planının 7 oktyabr hücumunun təkrarlanmasının qarşısını almağın “yeganə yolu” olduğunu bildirib.
Kuşner İsrailə gedir
Mahmud Abbasın Türkiyə səfərinin ardından Cared Kuşnerin İsrailə səfəri planqlaşdırılır. Trampın xüsusi müşaviri Təl-Əvivdə Qəzza ilə bağlı müzakirə aparacaq. Kuşnerin səfəri Ağ Evin Qəzza planının növbəti mərhələsini irəlilətmək səyləri fonunda baş verir. Bu mərhələdə HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi nəzərdə tutulur. O, həmçinin Qahirədə Qəzza vasitəçiləri ilə görüşməlidir.
“Axios” səfər planları ilə tanış mənbələrə istinadən xəbər verir ki, bu ABŞ Prezidentinin elçisinin yanvar ayından bəri İsrailə ilk səfəridir. Adı açıqlanmayan bir məmur nəşrə bildirib ki, “Strateji məqsədlə razıyıq, lakin İsrail planla bağlı bəzi narahatlıqlarını ifadə edib və koordinasiya etdiyimizdən əmin olmaq üçün onlarla danışmaq istəyirik”. O, həmçinin səfərin tarixinin dəyişə biləcəyini qeyd edib.
Kuşnerdən əlavə, Sülh Şurasının “ali nümayəndəsi” Nikolay Mladenov və digər rəsmilərin İsrailə səfəri planlaşdırılır.
İyul ayında HƏMAS Qəzzadakı hökumətinin buraxıldığını və hakimiyyətin BMT tərəfindən dəstəklənən texniki komitəyə ötürülməsinə hazırlıq gördüyünü elan edib. “Associated Press”-in məlumatına görə, bu qərar ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə əldə edilən atəşkəs razılaşmasının bir hissəsidir.
HƏMAS sadiq qaldığını bəyan edir
Bu arada, HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin tamamlanması üçün yol xəritəsi ilə bağlı vasitəçilər və Sülh Şurası ilə əldə edilən razılığa sadiq qaldığını bildirib. HƏMAS razılaşdırılmış 15 bəndin həyata keçirilməsində ciddi və məsuliyyətlə iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib və onların həyata keçirilməsi üçün dəqiq bir cədvəl tələb edib. Vasitəçiləri, zaminləri və Sülh Şurasını öz vəzifələrini yerinə yetirməyə çağıran HƏMAS, bütün tərəflərdən razılaşdırılmış bəndlərə riayət etmələrini və icranı poza biləcək və ya müqaviləni zəiflədə biləcək hər hansı bir pozuntu və ya sui-istifadənin qarşısını almağa çağırış edib.
Netanyahunun etirazının pərdə arxası...
İyulun sonunda ABŞ prezidenti Donald Tramp Sülh Şurası və HƏMAS-ın “tarixi razılaşma” əldə etdiyini və bu razılaşmaya əsasən qrupun tamamilə tərksilah edilməsi barədə razılığa gəldiyini açıqlayıb. Razılaşma həmçinin Qəzzadakı bütün digər silahlı qrupların tərksilah edilməsini tələb edir. “Bu, davamlı sülh və təhlükəsizliyə doğru monumental bir addımdır”, - deyə Tramp bildirmişdi.
Amerika mətbuatı isə Netanyahunun Trampın planına “açıq etirazını” İsraildə qarşıdan gələn seçkilərlə əlaqələndirib. CNN bildirir ki, Netanyahu seçkilərdən əvvəl onu hakimiyyətdə saxlaya biləcək bir koalisiyanın təməlini qoyur. Bildirilir ki, Netanyahu buna görə də hazırkı mühafizəkar müttəfiqləri ilə yenidən tərəfdaşlıq etmək və Qəzza məsələsində “qəti mövqe” tutması ilə bağlı görüntü yaratmaq istəyir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57

