Naxçıvanın 1 nömrəli təhlükəsizliyi
15.08.2026 [11:58]
İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək
Prezident İlham Əliyev bu günlərdə Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində muxtar respublikanın təhlükəsizliyi məsələsini yenidən diqqət mərkəzinə gətirib. Müsahibədə ifadə olunan fikirlərdən o qənaət formalaşır ki, dövlətimizin başçısı Naxçıvanın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına ən əsas vəzifələrdən biri kimi baxır. “Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi”-deyən Prezident İlham Əliyev paralel şəkildə bölgənin təhlükəsizliyinin möhkəmləndirilməsinə nail olunduğunu xüsusi vurğulayaraq bildirib: “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü”.
Muxtar Respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi zərurəti
Qalib sərkərdə olan Prezident İlham Əliyevin postmüharibə dönəmində ordu, təhlükəsizlik məsələsini önə çəkməsi təsadüfi deyil. Düşünmək olardı ki, 44 günlük müharibə, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı uğurla yekunlaşıb və Azərbaycan özünün əsas ümummilli ideyasını reallaşdırmağa nail olub - ərazi bütövlüyünü və suverenliyini şərəflə təmin edib, bundan sonra gündəlikdə digər məsələlər önə çəkilməlidir. Ancaq yox, biz otuz il ərzində işğala məruz qalan, dəhşətli humanitar böhran yaşayan bir dövlət və xalq olaraq tarixdə baş verənləri heç vaxt unutmamalıyıq. Və həm də nəinki unutmamalıyıq, hətta onların zəif təkrarlanma ehtimalını belə əvvəlcədən yox etməliyik. Azərbaycan sülhsevər dövlətdir. Bizim heç bir qonşu dövlətə qarşı müharibəyə başlamaq, torpaq zəbt etmək kimi bir niyyətimiz yoxdur. Təsadüfi deyildir ki, qalib tərəf olan Azərbaycan müharibə sonuclanandan sonra heç bir xüsusi imtiyaz istəmədən tənzimləmə prosesinə başlanılmasının zəruriliyini əsaslandırdı, bu məqsədlə xüsusi təşəbbüs irəli sürdü və ötən dövrdə sülhə davamlı sadiqlik göstərdi. Sülh, təhlükəsizlik, quruculuq, əməkdaşlıq Azərbaycanın dövlət siyasətidir və cəmiyyətin də istəyidir. Bununla belə, biz olub-keçənləri yaddaşımızda saxlamaqla məhz sülhü, sabitliyi, inkişafı, uğurlarımızı qorumaq naminə təhlükəsizliyimizi möhkəm şəkildə təmin etməliyik. O cümlədən də Prezident İlham Əliyevin Naxçıvanın təhlükəsizliyini ölkə gündəliyinin əsas prioritetlərindən biri kimi dəyərləndirməsi bir sıra mühüm amillərlə şərtlənir. Dövlətimizin başçısı həmin vazkeçilməz amillərə diqqət çəkərək vurğulayıb: “Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir”.
Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Bəhs olunan müsahibədə Prezident İlham Əliyev böyük məmnunluq və qürur hissi ilə bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu bilavasitə döyüş meydanında nümayiş etdirən ordudur. Bu gün heç bir mübaliğəyə yol vermədən Müzəffər Silahlı Qüvvələrimizi Zəfər salnaməsi yazan ordu kimi səciyyələndirə bilərik. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Naxçıvanda Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Silahlı Qüvvələrimiz 2020-ci il 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Vətən müharibəsinin nəticələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.
Nəhayət, ordumuzun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror əməliyyatını yada salaq. Silahlı Qüvvələrimizin cəmi 23 saat ərzində yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror əməliyyatı separatçıların ağ bayraq qaldırmaları ilə nəticələndi. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi, Ermənistanın 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata imza atması bu ölkənin kapitulyasiyaya məruz qalması demək idi. Düzdür, indi Ermənistanda bu terminə başqa məna verməklə onu qəbul etmək istəmirlər. Ancaq bu sözdə hansısa bir təhqiredici, şərəf və ləyaqəti alçaldan məna axtarmağa heç bir lüzum yoxdur. Müharibənin nəticəsində məğlub tərəf şərtləri qəbul etmək məcburiyyətində qalır. 44 günlük müharibənin sonunda da ordumuzun Zəfər yürüşünün qarşısında tab gətirməyən Ermənistan Azərbaycanın şərtlərini qəbul etməklə Ağdamı, Kəlbəcəri və Laçını bir güllə atılmadan respublikamıza təhvil verdi ki, bu da kapitulyasiya idi. Ermənistan bu torpaqları könüllü şəkildə qaytarmadı, əksinə məcbur oldu, çıxılmaz duruma düşdüyünü anladı, başa düşdü ki, mühasirədə qalan fərari ordusu müqavimət göstərsə, bu, fəlakətə gətirib çıxardacaq.
Ordu quruculuğu Naxçıvanın təhlükəsizliyinin möhkəmləndirilməsini davamlı prosesə çevrilib
Yuxarıda qeyd etdiyimiz səbəblərə görə respublikamızda müasir ordu quruculuğu postmüharibə dövründə daha intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev hazırda ölkəmizdə ordu quruculuğunda daha çox diqqət mərkəzində saxlanılan iki istiqaməti fərqləndirib. Bunlardan biri Silahlı Qüvvələrimizin texnika, müasir silahlarla təchizatı, digəri isə komando birliklərinin yaradılması ilə institusional strukturun yenilənməsidir.
Azərbaycan Ordusunun müasir silahlarla təmin olunmasının bir mənbəyi daxili istehsaldır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra respublikamızda bu sahənin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub.. Hazırda daxili istehsala aid “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM pulemyotları, “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, “Boran” artilleriya qurğusu, “Qaya” tank əleyhinə əl qumbaraatanları, “Komando” tipli “Aşırım” minaatanları, “Matador” və “Marauder” zirehli hərbi texnikaları keyfiyyət göstəricilərinə görə öz seqmentləri üzrə bütün dünyada ən yaxşılardan sayılır.
Ordumuzun hərbi texnika təchizatının digər mənbəyi isə, heç şübhəsiz ki, xaricdən silah tədarüküdür. Məlumdur ki, hazırda silahların alınması ayrı-ayrı ölkələr üçün ciddi problem olaraq qalır. Prezident İlham Əliyev beynəlxaql miqyasda qazandığı nüfuzu və şəxsi dostluq əlaqələri sayəsində Azərbaycanın bu problemdən yan keçməsinə nail olub. Hazırda respublikamızın ayrı-ayrı ölkələrlə və qabaqcıl istehsalçılarla müasir silahların tədarükü üzrə əməkdaşlıq əlaqələri mövcuddur və imzalanan müqaviələr dəqiqliklə icra edilir.
Eyni zamanda, dövlətimizin başçısının vurğuladığı kimi, komando qüvvələrinin yaradılması da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Qardaş Türkiyə ordusunun modeli əsasında yaradılan komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adını qazanmaq üçün hərbi qulluqçuların komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, suüstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir.
Müsahibədə dövlət başçısının vurğuladığı kimi, o cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək. Səfər çərçivəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verilib. Bu tanışlıq Naxçıvanın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu, bütövlükdə Ordumuzun gücünü əyani şəkildə təsdiqlədi. Qeyd edək ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu dövlətimizin başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında yaradılıb və hazırda Azərbaycan Ordusunun tərkib hissəsi kimi uğurla fəaliyyət göstərir. Xüsusi statusa malik Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə müxtar respublikanın müdafiə imkanlarının artmasına etibarlı zəmin formalaşıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13

