Yaxın Şərqdə Türkiyə amili...
17.01.2025 [09:53]
Beynəlxalq güc mərkəzləri Ankaranın hərbi-siyasi qüdrəti ilə hesablaşmaq məcburiyyətindədir
Artıq Azərbaycanın can qardaşı Türkiyə Yaxın Şərqdə, o cümlədən Qara dəniz, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda, hətta şimal-şərqi Afrikada güc mərkəzinə çevrilib. Heç bir şəkildə inkar oluna bilməz ki, Türkiyə bu regionlarda söz sahibidir.
Hər zaman qlobal dünyanın qaynar nöqtəsi olan Yaxın Şərqdə baş verən son proseslər onu deməyə əsas verir ki, rəsmi Ankara bu regionda geniş geosiyasi, geostrateji və geoiqtisadi təsir imkanlarına malikdir və yaxın gələcəkdə bölgədə təsir rıçaqları daha da artacaq.
Yaxın Şərqdəki proseslərin nizamlanmasında Ərəb ölkələri - İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin İran və İsrail Türkiyənin mövqeyini nəzərə alacaqlar və Türkiyənin maraqlarına zidd olan addımlar atmaqdan çəkinəcəklər.
Beynəlxalq güc mərkəzləri - ABŞ, Böyük Britaniya, Rusiya və Çin istər-istəməz, Türkiyənin Yaxın Şərqdə diplomatik-siyasi və hərbi-siyasi qüdrəti ilə hesablaşmaq məcburiyyəti qarşısında qalıblar.
Qeyd etmək lazımdır ki, istər indiki, istərsə də gələcək zamanda Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığı zəruridir. NATO-da yüksək hərbi qüdrətə və potensiala, müasir hərbi sənayeyə və texnikaya sahib olan, özünün və regionun təhlükəsizliyini təmin etmək iqtidarında olan Türkiyə ABŞ üçün çox önəmlidir. Demək olar ki, ABŞ-ın Yaxın Şərq strategiyasında Türkiyə prioritet ölkə hesab olunur.
Bölgə ilə bağlı bəzi məsələlərdə ABŞ və Türkiyənin maraqlarının toqquşmasına baxmayaraq, Ankara və Vaşinqton zaman-zaman regionda bəzi problemlərin həll olunmasında birgə əməkdaşlıq ediblər.
Bu gün ABŞ-ın Türkiyəyə ehtiyacı var. Təkcə Körfəz ölkələri - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri və İsraillə yox, həmçinin Türkiyə ilə də diplomatik-siyasi, hərbi-siyasi və hərbi-təhlükəsizlik fonunda sıx əməkdaşlıq ABŞ-ın Yaxın Şərqdə öz geostrateji və geosiyasi mövqeyini qoruması üçün xüsusi əhəmiyyət kəsb edir.
ABŞ bundan sonra da Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində Yaxın Şərqdə terror təşkilatlarına qarşı uğurlu mübarizə, regionda istənilən təhlükənin qarşısını ala bilər. Yaxın Şərqin bəzi bölgələrində, xüsusilə Suriya və İraqda təhlükəsizliyin və sabitliyin bərqərar olunmasına yönələn strategiyanın müəyyən olunmasında ABŞ-Türkiyə tərəfdaşlığı mühüm rol oynaya bilər. Sözsüz ki, bu strategiyada İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ öz sözünü deyəcək.
Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığı mümkündür, amma təəssüf ki, bu tərəfdaşlığa əngəl olan problemlər mövcuddur. Bu problemləri diqqətdən qaçırmaq olmaz. Bu problemlərin hansı səbəblərdən irəli gəldiyini nəzərə aldıqda elə bu əngəllərin ABŞ-ın özü yaratdığını anlaya bilərik.
Ən başlıca əngəl, bildiyimiz kimi, ABŞ-ın Suriyada YPG terror təşkilatına dəstək verməsidir. ABŞ daxil olmaqla bəzi ölkələr - Fransa, İran və Rusiya zaman-zaman YPG/PKK-dan istifadə etməklə Yaxın Şərqdə öz geosiyasi və geostrateji maraqlarını həyata keçirib, regionda münaqişələrə yol açıb və Türkiyənin təhlükəsizliyinə təhdid yaratmağa cəhd ediblər. Sözügedən güc mərkəzlərinin Türkiyənin Suriyada geostrateji qələbəsinə münasibəti onu göstərir ki, onlar bölgədə qeyri-sabitliyin davam etməsində maraqlıdırlar.
Buna görə də yaxın gələcəkdə də YPG-dən “siyasi maşa” kimi istifadə ediləcəyi istisna deyil. Ən diqqətçəkən məqam budur ki, Suriyada vətəndaş müharibəsi zamanı YPG-yə ən çox maliyyə dəstəyi göstərən və qruplaşmanı silah-sursatla təmin edən ölkə məhz Amerika Birləşmiş Ştatları olub. Vaşinqton Suriyada öz geosiyasi maraqlarının təminatında YPG-ni münasib amil kimi görüb. Hətta Vaşinqton YPG vasitəsilə İŞİD-ə qarşı “mübarizə” adı altında həm Suriyanın şimal-şərq ərazilərinə nəzarət, həm də bölgədəki neft resurslarını istismar etməyə çalışıb.
Bu gün ABŞ və Türkiyə arasında Suriya ilə bağlı danışıqlarda YPG ən önəmli mövzu hesab olunur. Ola bilsin ki, yanvarın 20-də ABŞ-ın prezidenti olmağa hazırlaşan Donald Tramp YPG məsələsində Türkiyəyə güzəştə getsin. Amma bu, hələ sual altındadır. Çünki Trampın komandasında Suriya və İraqda kürd separatçılarına dəstək verməkdə maraqlı olan şəxslər var.
Digər narahatedici məqam ABŞ-ın hələ də Suriyada yeni hökumətini legitim hakimiyyət kimi tanımamasıdır. Gələcək prezident Donald Trampın Suriyanın yeni hökumətini tanıyıb-tanımayacağı da sual altındadır.
Eyni zamanda ABŞ Yaxın Şərqdə yalnız öz hegemon siyasətini güdür və heç bir güc mərkəzinin bu regionda maraqlarını nəzərə almaq istəmir. Təəssüf ki, Türkiyənin Yaxın Şərqdə söz sahibi olması Vaşinqtonun o qədər də marağında deyil. Bayden administrasiyasının Türkiyənin Suriyada son uğurlarına xoş münasibət sərgiləməməsi bunu deməyə əsas verir.
Bütün bunlarla yanaşı, əgər ABŞ Türkiyəyə düşmən kəsilən güc mərkəzlərin regiona müdaxiləsinə imkan verərsə, bu, Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir etməklə yanaşı, regionda növbəti ciddi təhlükələr yaradacaq.
Ümidvarıq ki, Tramp administrasiyası Bayden administrasiyasının səhvlərini təkrarlamayacaq və Türkiyə ilə münasibətlərdə düzgün və rasional siyasət yürüdəcək, Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasının müəyyən olunmasında Ankaranın mövqeyini nəzərə alacaq.
YPG terror təşkilatına dəstəkdən əl çəkmək, Suriyada qurulan yeni hökuməti legitim hakimiyyət kimi tanımaq və sülhdə maraqlı olmayan və məkrli niyyətlər güdən güc mərkəzlərin regiona müdaxiləsinə imkan verməmək Yaxın Şərqdə ABŞ-Türkiyə tərəfdaşlığına yol aça bilər. Vaşinqton, hətta Yaxın Şərqdə Türkiyə ilə İsrail arasında təmasların qurulmasında vasitəçilik edə bilər. Hər halda həm Türkiyə, həm də İsrail ABŞ-ın müttəfiqidir və Yaxın Şərq strategiyasını yalnız bu iki ölkə ilə koordinasiya edə bilər.
Tramp administrasiyası yalnız bu halda Yaxın Şərq siyasətində nailiyyətlər əldə edəcək.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

