Avropa ilə Asiya arasında rəqəmsal dəhliz
08.08.2025 [12:28]
Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel xətti üzrə layihənin əsas mərhələsinə start verib
Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd həftəyə qədər davam edəcək.
“Rəqəmsal İpək Yolu” Xəzər-Asiya bölgəsini birləşdirəcək
Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel xəttinin tikintisinə dair müqavilə Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə bir neçə ay əvvəl imzalanıb. Müqaviləyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.
Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək.
Rəqəmsal kabelin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olan “AzerTelecom” və “Kazakhtelecom”dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov bildirib ki, layihə çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlanılır.
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək.
Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.
Qarabağ Bəyannaməsinin prioritetlərindən biri Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu “Rəqəmsal İpək Yolu” platforması həm də Türk dövlətlərinin ortaq maraqlarına xidmət edir. Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər Fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.
Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasın da öz töfhəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək. Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
“Digital Hub” Türk dövlətlərinin inteqrasiyasını daha da gücləndirəcək
“Digital Hub”, həmçinin türk dövlətlərinin digər böyük hədəflərindən biri olan ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinin icrasını da tezləşdirəcək. Bu saziş ölkələr arasında güzəştli ticarət rejimlərinin tətbiqi üçün ən sərfəli alətlərdən biri hesab edilir. Həmin sazişin ilkin modelini Azərbaycan və Türkiyə öz ticarət rejimlərində 2 ilə yaxındır ki, tətbiq etməkdədir. Belə ki, preferensial (güzəşt) çərçivəsinə əsasən, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Ona görə də, bu hüquqi mexanizmin bütün türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulur. Bu baxımdan DEPA sazişi səmərələşdirici layihə kimi üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində də vahid çərçivəni təmin edəcək.
Beləlilklə, Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal layihələr, ümumilikdə, bütün Türk dövlətləri arasında qarşılıqlı mübadilələrin və birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığı daha da gücləndirəcək, eləcə də biznes qurumları arasında işgüzar münasibətləri genişləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

