Gürcüstan “Maydan”a çevrilməyəcək...
24.09.2025 [09:15]
Rəsmi Tbilisi ölkənin təhlükəli hallarla üzləşdiyini bildirir
Gürcüstanda müxalif qüvvələr növbəti dəfə siyasi çevrilişə əl ata bilərlər. Belə ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib ki, oktyabrın 4-də baş tutacaq bələdiyyə seçkiləri günü müxalifət və xaricdən maliyyələşən QHT-lər ölkədə “Maydan” təşkil etmək istəyirlər. “Bu, bir neçə partiya və QHT-nin xaricdən təzyiq altında tutduğu təhlükəli yoldur. Bu yol birbaşa “Maydan”a, qan tökülməsinə və iğtişaşlara aparır”, - deyə Papuaşvili bildirib. Parlamentin spikeri xatırladıb ki, ötən ilin dekabrında “İsveç hökumətinin nümayəndəsi müxalifəti “Maydan” keçirməyə çağırıb”. Onun sözlərinə görə, “bir neçə siyasi qrup və xaricdən maliyyələşən QHT Gürcüstanda 1990-cı illəri canlandırmağa çalışır. Papuaşvili, həmçinin vurğulayıb ki, Gürcüstanda bəzi xarici ölkələrin səfirlikləri müxalif qüvvələr ilə gizli görüşlər keçirir və onların zorakılığı təşviq edən planlarına dəstək verirlər. Qeyd edək ki, Gürcüstanın müxalifət cəbhəsində bəzi qüvvələr oktyabrın 4-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri günü “hökumətin dinc yolla devrilməsi” planlarını açıqlayıb. Bu məqsədlə onlar həmin gün axşam saatlarında sakinləri mərkəzi Rustaveli prospektində toplaşmağa çağırır.
Qərb niyyətindən əl çəkməyib
Bir neçə gün bundan öncə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze yerli KİV-lərə mühasibəsində bildirib ki, Qərbdəki bəzi dairələr Gürcüstanda dövlət çevrilişinə əl atmağa cəhd edirlər. Onun sözlərinə görə, Gürcüstan təhlükəli hallarla üzləşib. “Ukraynadan Gürcüstana gətirilən heksogen maddəsi ilə bağlı alınan izahatlar və etiraflar sübut edir ki, düşmən sakitləşməyib. Onlar Gürcüstanda dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma təşkil etmək üçün bütün cəhdləri edirlər,” - deyə K.Kaxadze bunun çox ağır fakt olduğunu vurğulayıb; “Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına qabaqlayıcı tədbirlərə görə təşəkkür edirəm. Bildiyimə görə, istintaq davam edir. Suallar çoxdur, gözləmək lazımdır. Bu cinayət növü ilə məşğul olmaq çox ağır faktdır”. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bəyan edib ki, Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə sərt cavab veriləcək. “Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür”. Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur qazana bilməyəcəyini də diqqətə çatdırıb. “Biz əvvəlki seçkilərdə olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq”. Gürcüstan rəsmiləri ilə yanaşı, gürcü ekspertləri də bu məsələyə öz münasibət bildirib - onlar hesab edirlər ki, Gürcüstanın daxilində olan bəzi qüvvələr Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.
Dövlət Departamentinin sabiq rəsmisindən etiraf
Bir müddət bundan öncə ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Benz Gürcüstandakı siyasi prosesləri şərh edərkən bildirib ki, 2024-cü ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkiləri ərfəsində Qərbdə bəzi dairələr bu ölkədə üsyanlar təşkil etmək üçün yerli QHT-lərdən istifadə etməyə çalışıb. Onun sözlərinə görə, Qərbin Şərqi Avropa ölkələrində “Fara” kimi qanunların qəbulunu demokratiya üçün təhlükə adlandırması absurd və tamamilə ağılsızlıqdır. Benz deyib ki, reallıqda Qərb şəffaflıq haqqında qanunların qəbulunun QHT-lərin əsl mahiyyətini və məqsədlərini ifşa edəcəyindən ehtiyat edir. “Gürcüstanda, Serbiyada və ya Macarıstanda üsyan təşkil etmək istəyəndə Qərbdəki dairələr QHT şəbəkəsinə və ya vətəndaş cəmiyyətinə müraciət edirlər. Macarıstan, Slovakiya, Serbiya və ümumiyyətlə, Şərqi Avropanın postsovet ölkələri şəffaflıq haqqında qanunlar qəbul etməyə və onların vətəndaş cəmiyyətinin nə dərəcədə xarici hökumətlər tərəfindən maliyyələşdirildiyini öyrənməyə cəhd edəndə isə müəyyən vasitələrlə etiraz edirlər”, - deyə Benz əlavə edib: “Təsəvvür edin ki, insanlar küçələrə çıxıb, onların cəmiyyətdə bir xarici gücün maliyyələşməsi ilə bağlı məlumatlara sahib olmalarını tələb edirlər. Bizdə “Xarici agentlərin qeydiyyatı haqqında” qanun var. Agentlər hərəkət edirsə, biz bunu demokratiya üçün təhlükə adlandırırıq, çünki bu, QHT-lərin maskasını açacaq və insanlar onların əsl üzünü biləcəklər. Bu isə yolverilməzdir”.
Qərb “Gürcü Arzusu”ndan niyə narazıdır?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qərb Gürcüstanda öz maraqlarına xidmət edən qüvvələrin hakimiyyətə gəlməsini istəyir. “Gürcüstanda son parlament seçkilərindən sonra Qərb ilə Tbilisi arasında münasibətlər kəskin şəkildə soyuyub. Qərb Gürcüstanın hazırkı hakimiyyətinin xarici siyasətindən narazıdır. Hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan koalisiyası”nın Rusiya ilə münasibətləri normallaşdırması və Qərbin Ukrayna siyasətində eyni mövqedən çıxış etməməsi Qərbdəki bir çox dairələr tərəfindən narazılıqla qarşılanıb. Onlar Gürcüstan iqtidarını Rusiyanın nəzarəti altında olan qüvvə kimi qiymətləndirirlər. Buna görə də uzun müddətdir ki, Qərbin Gürcüstana qarşı təzyiqləri artıb - parlament seçkiləri ərəfəsində gürcü müxalifətinə ciddi şəkildə dəstək nümayiş etdirildi. Qərbdəki dairələrin əsas istəyi bu idi ki, son parlament seçkilərində Qərb meyilli və Qərbin maraqlarına xidmət etməyə hazır olan siyasi qüvvələr qalib gəlsin. Amma bu, baş vermədi. “Gürcü Arzusu - Demokratik Gürcüstan” koalisiyası əlində olan mexamizmlərdən istifadə edərək hakimiyyətini daha da möhkəmləndirdi. Həm parlament, həm də prezident seçkilərində hakim koalisiya tam yekdiklə xalqın etimadını qazandı. Hesab edirəm ki, oktyabrın 4-də baş tutacaq bələdiyyə seçkilərində də hakimiyyətdə olan qüvvələrin qələbə qazanması ehtimalı böyükdür. Müxalifətin isə hakimiyyətə təsir göstərmək imkanları yoxdur. Onlar əvvəlki kimi xaricdən maliyyə ala bilmirlər və “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi ilə onlar bu imkandan məhrum olublar”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40

