Xarici təsirlərə nəzarət gücləndirilir
09.04.2026 [08:36]
Gürcüstanda “Qrantlar haqqında” qanuna düzəliş edilməsi yenidən gündəmə gəlib
Son illərdə Gürcüstan parlamentində qəbul olunan bir sıra qanunlar cəmiyyətdə geniş müzakirələrə yol açıb. “Qrantlar haqqında” qanun da bu sırada yer alır. Artıq qonşu ölkədə 1 ay bundan əvvəl parlamentdə qəbul olunan sözügedən qanuna yenidən düzəliş edilməsi məsələsi gündəmə gəlib.
Bununla bağlı parlament çoxluğunu təşkil edən “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası təkliflər verib. Hakim partiyanın deputatları qanuna növbəti dəyişiklik layihəsini parlamentə təqdim ediblər.
Qrantlarla bağlı qaydalarda yeniliklər
Təxminən bir ay bundan əvvəl Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyib. Belə ki, 78 deputat qanun layihəsinin lehinə, 9 millət vəkili isə əleyhinə səs verib.
Qəbul edilmiş yeni dəyişikliklərə əsasən, qanunun müvafiq maddəsində göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində köçürülən vəsaitlər qrant hesab olunur. Fəaliyyəti əsasən Gürcüstanla bağlı məsələləri özündə ehtiva edən başqa bir dövlətdən olan hüquqi şəxs də qrant alan hesab olunur.
Bundan başqa, xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər qrant almamışdan əvvəl Gürcüstan hökumətindən müvafiq təsdiq və ya razılıq əldə etməlidirlər.
Gürcüstanda qeydiyyatdan keçmiş filialı, nümayəndəliyi və ya bölməsi olan başqa bir dövlətdən olan hüquqi şəxs razılıq olmadan qrant aldıqda, bu, məsuliyyətə səbəb olacaq. Gürcüstanda fondlar, müxtəlif təşkilatlar, onların müvafiq xarici “ana şirkətləri”nin nümayəndəlikləri və filialları vəsait aldıqları təqdirdə, müvafiq təsdiq üçün Gürcüstan hökumətinə müraciət etməli olacaqlar.
Qanun qüvvəyə minməzdən əvvəl qrant alanların qanun qüvvəyə mindikdən sonra Gürcüstan hökumətinə müraciət etmək üçün bir ay vaxtı olacaq. Öz növbəsində, Gürcüstan hökumətinin də təsdiq və ya rədd cavabı vermək üçün bir ay vaxtı olacaq.
Qəbul edilmiş düzəlişlərə əsasən, bu şəxslər bir ay ərzində vəsaiti, məsələn, kommunal xidmətlər və digər öhdəliklər üçün xərcləyə biləcəklər. Hökumət razılıq verməsə, bu şəxslər aldıqları qrantdan istifadəni dayandırmalı olacaqlar. Əks təqdirdə, onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Təklif olunan yeni düzəlişlərin mahiyyəti nədən ibarətdir?
Göründüyü kimi, Gürcüstan parlamentində bir ay bundan əvvəl dəstəklənən dəyişikliklərlə “Qrantlar haqqında” qanun əhəmiyyətli dərəcədə sərtləşdirlib. Belə ki, dəyişikliklərə əsasən “qrant” anlayışı daha konkret məzmunda təqdim olunur. Gürcüstan hakimiyyəti anlayır ki, gec də olsa xarici təsirlər məhdudlaşdırılmasa, milli dövlətçilik tamamilə itirilə bilər. Yaranmış zərurətdən çıxış edən hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır. “Gürcü Arzusu”nun təşəbbüsü ilə parlamentdə dəstəklənən qanun layihəsi də bu məqsədə xidmət edir. Parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir.
Bəs müvafiq qanuna təklif olunan yeni düzəlişlər özündə nəyi ehtiva edir? Parlament müzakirələrinə təqdim olunan yeni layihəyə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluq qurumları və beynəlxalq təşkilatlar tərəfindən ayrılan bəzi vəsaitlər qrant kimi qiymətləndirilməyəcək. Söhbət xarici dövlətlərin və ya siyasi partiyaların siyasi, ictimai maraqlarından irəli gələn, diplomatik nümayəndəliklərin öz fəaliyyəti ilə birbaşa əlaqəli olan maliyyə vəsaitlərindən gedir.
Dəyişiklikdə qeyd olunur ki, bu cür vəsaitlərin qrant hesab olunmaması qanunun daha aydın və vahid şəkildə tətbiqinə xidmət edəcək. Layihənin izahlı qeydinə görə, mövcud qanunvericilik bu münasibətləri tam əhatə etməsə də, yeni dəyişikliklər hüquqi boşluqları aradan qaldırmağa yönəlib.
Hakim komandanın əsas hədəfi - milli maraqların qorunması
Qonşu və dost ölkədə hakim komandanın “Qrantlar haqqında” qanuna belə həssas yanaşması ölkədə yaranan vəziyyətdən, daha konkret desək, son vaxtlarda milli maraqlara artan təhdidlərdən qaynaqlanır. Reallıq ondan ibarətdir ki, Gürcüstan xaricdən maliyyələşən bir sıra icmaların, o cümlədən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının milli maraqlarla ziddiyyət yaradan fəaliyyətlərinin kədərli nəticələri ilə üzləşir. Etiraf olunur ki, xaricdəki bəzi dairələr çirkin maliyyələr ötürməklə əslində Gürcüstan cəmiyyətinin bütün təbəqələrinə dərindən nüfuz edib. Vəziyyət o dərəcədə ciddi hal alıb ki, son parlament, prezident və bələdiyyə seçkiləri ərəfəsində ölkədə davamlı hal alan qarşıdurmalar yaşandı. Küçələrdən, parlamentdən başlayan ziddiyyətlər hakimiyyətin qolları arasında parçalanmaların baş verməsinədək genişləndi.
Donor təşkilatlarının siyahısında isə yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar - Avropa İttifaqı, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan, D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar ki, bu da əslində qonşu ölkənin kədərli reallığını aydın şəkildə göz önündə canlandırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

