Ermənistan gələcəyini necə “görür”?
23.04.2026 [10:16]
Paşinyan sülh və sabitlik doktrinası irəli sürür, revanşistlər isə...
Cənubi Qafqaz son 6 ildə Azərbaycanın qətiyyəti və yürütdüyü siyasət nəticəsində köklü transformasiya mərhələsinə qədəm qoyub. Uzun müddət davam edən münaqişə, erməni işğalı, eləcə də, geosiyasi qarşıdurmalar və qeyri-sabitlik regionun inkişaf potensialını məhdudlaşdırsa da, Bakının yaratdığı yeni reallıqlar fərqli bir mərhələnin əsasını formalaşdırıb. Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində regionda təhlükəsizlik mühiti yenidən qurulub, əməkdaşlıq üçün daha əlverişli zəmin yaranıb. Xüsusilə Vətən müharibəsindən sonra yaranan siyasi və iqtisadi reallıqlar Cənubi Qafqazı yalnız regional deyil, həm də qlobal miqyasda diqqət mərkəzinə çevirib.
Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımlar və regional inteqrasiyanın təşviqi Azərbaycanın strateji baxışının əsas tərkib hissəsini təşkil edir. Bu yanaşma təkcə milli maraqlara deyil, eyni zamanda region ölkələrinin ortaq rifahına xidmət edən yeni əməkdaşlıq modelidir - artıq Cənubi Qafqaz qarşıdurma məkanı deyil, inkişaf və tərəfdaşlıq platforması kimi təqdim olunur.
Bununla yanaşı, beynəlxalq səviyyədə aparılan diplomatik təşəbbüslər də prosesə əlavə dinamika qazandırır. Vaşinqtonda əldə olunan razılaşma və Ermənistanın sülh istiqamətində daha konstruktiv mövqe nümayiş etdirməsi regionda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm addımlar kimi qiymətləndirilir. Lakin qarşıdan gələn siyasi proseslər, xüsusilə Ermənistanda baş tutacaq seçki dövrü ilə bağlı ortaya çıxan bəzi yanaşmalar bu istiqamətdə müəyyən suallar doğurur.
Revanşistlərin “müharibə” tezisi xarici faktorların marağından qaynaqlanır
Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca vəziyyət kritik hədd alır. Diqqət yetirsək, Paşinyanın rəqibləri, xüsusilə xarici dövlətlər tərəfindən dəstəklənən qüvvələr özlərinin seçki platformalarını sülhdən kənar tezislər üzərində formalaşdırmağa çalışır. Karapetyan, Koçaryan və digər revanşist iddiaçılar məğlubiyyət ilə “barışmayacaqlarını” tirajlayır. Bu isə regionda yeni qarşıdurmanın, hətta müharibənin anonsudur. Düzdür, indiki halda Ermənistanın müharibə etmək gücündə olmadığını nəzərə alsaq, bu “təhdidlərdən” bir “siyasi təzyiq aləti”ndən uzağa getmədiyi hər kəsə aydındır. Bu fikirləri səsləndirənlər özləri də anlayır ki, Ermənistan bir daha müharibə “eşqinə” düşsə, bu dəfəki nəticələr daha amansız olacaq. Bununla belə, dilə gətirilən bu fikirlər sülh mühitinə, sülh şəraitinə kölgə salır. Ermənistanın yenidən “zorakı sima” qazanması İrəvana heç nə vəd etmir. “Vəd olunan” isə yenidən qlobal layihələrdən kənarda qalma qorxusu, sosial iflas, xarici maraqlardan asılılıq, geriləmə, ianələr hesabına formalaşan dövlət büdcəsidir. Beləliklə, revanşist namizədlərin vədləri əslində Ermənistanın bitirilməsinə hesablanan vədlərdir. Sadə seçicinin maraqları nəzərə alınmır - səslənən “platformalarda” yalnız, həmin qüvvələri dəstəkləyən dövlət və ya qrupların arzu və istəkləri yer alır.
Paşinyan vədlərini sülh üzərindən verir - “real Ermənistan” arzusu...
Vaşinqtonda sülhlə bağlı konstruktiv razılığa imza atan Paşinyan isə bu fonda daha proqressiv görünür. Erməni hökumət başçısının ritorikası daha çox daxili auditoriyanın maraqlarına xidmət edir - paralel olaraq, burada sülhə sadiqlik tezisləri də yer alır. Nikol Paşinyan iyun ayında keçiriləcək seçkilərdə partiyasının əsas prioritetlərini açıqlayarkən platformalarında Ermənistan və region üçün sülh dövrünün açılmasını əsas missiya kimi müəyyən etdiklərini bildirir. Bununla bağlı müraciətində o bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ölkə üçün yeni inkişaf mərhələsi yaradıb və qarşıdan gələn seçkilərdə bu istiqamətin davamı əsas məqsəd kimi qiymətləndirilir. Nikol Paşinyan vətəndaşları 7 iyunda keçiriləcək seçkilərdə iştirak etməyə çağıraraq sülh gündəliyinin dəstəklənməsinin vacibliyini vurğulayıb. Daha sonra o əlavə edib ki, partiyanın seçki proqramının ideoloji əsasını “real Ermənistan” konsepsiyası, eləcə də ölkənin iqtisadi və institusional transformasiyası təşkil edir.
Paşinyanın bu yanaşmasında daha çox “real Ermənistan” tezisinə vurğu etməsi anlaşılandır. Sadə erməni seçiciyə “real Ermənistan” faktorunu anlatmaq bir az çətindir - uzun illər kilsənin və fərqli maraqların xidmətində duran dövlət rəhbərlərinin işğalçı iddiaları “real Ermənsitan” faktorunu arxa plana keçirib. Ermənistanın hələ də sərhədləri müəyyənləşməyib - bu sərhədlər yalnız uydurmalar, qondarma ididalar üzərində xəyali şəkildə “təsis olunub”. Bu isə heç bir beynəlxalq hüquqi əsasa malik deyil. Paşinyanın “real Ermənistan” tezisi həm də “dövlət” anlayışına keçiddir. İndiyə qədər dövlət olmağı bacarmayan Ermənistan məhz Azərbaycanın sayəsində dövlət ola bilər.
Bakının yaratdığı siyasi reallıqların etirafı: “Qarabağ hərəkatı” bitdi...
Köhnə, qondarma iddialar, işğalçı yanaşmalar isə müsbət heç nə vəd etmir - bu, sülhə də ziyan gətirir. Paşinyan öz müraciətində yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer almamalı olduğunu bəyan edib. Bunun əsas səbəbi “Qarabağ hərəkatı”nın siyasi gündəmdə davam etdirilməməsidir. Onun sözlərinə görə, əgər yeni konstitusiyanın preambulasında həmin sənədə istinad saxlanılsa, bu, Qarabağ xəttinin davamı kimi yozulacaq və nəticədə Azərbaycanla yeni qarşıdurma riski yaranacaq. “Əgər “Qarabağ hərəkatı”nı davam etdiririksə, deməli, Azərbaycanla münaqişəni yenidən bərpa edirik. Münaqişə bərpa olunursa, sülh mümkün deyil”.
Baş nazir əlavə edib ki, bu yanaşma eyni zamanda regionda qarşılıqlı ərazi iddiaları mövzusunun da bağlanmasına xidmət edir. O, “Şərqi Türkiyə”, “dənizdən dənizə Ermənistan” kimi tezislərin gələcəyə aparmadığını bildirib.
Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin məsələsinə toxunan Nikol Paşinyan deyib ki, bu mövzu da humanitar və sosial baxımdan yeni mərhələyə keçirilməlidir. Onun fikrincə, həmin insanlar Ermənistan cəmiyyətinə tam inteqrasiya etməlidirlər. Paşinyan həmçinin konstitusiya məsələsinin heç bir xarici tərəflə müzakirə edilmədiyini və bunun Ermənistanın daxili gündəliyi olduğunu iddia edib. Bununla belə, yeni konstitusiyanın qəbulunun regional və beynəlxalq əhəmiyyət daşıyacağını vurğulayıb.
Bu fikirlər Bakının qətiyyəti ilə regionda formalaşmış yeni siyasi-hüquqi reallıqların etirafıdır - bəlli olduğu kimi, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün haqlı tələblərindən biri məhz Konstitusiya dəyişikliyi, sənəddə qondarma iddiaların yer almaması idi. Bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı üçün kifayət qədər əsaslıdır. O baxımdan ki, qarşılıqlı şəkildə ərazi bütövluyünün tanınması fonunda Ermənistanın əsas qanununda bu qondarma iddiaların saxlanılması sabitliyin davamlılığına zərər verir. Paşinyanın dilə gətirdiyi Azərbaycanın böu haqlı tələbi isə Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın əbədiliyniin təmininə töhfə verir.
Eskalasiya, yoxsa sülh və inkişaf?
“Qarabağ hərəkatı” adı altında irəli sürülən revanşist iddialar isə bölgədə yeni eskalasiya təhlükəsi yarada bilər - bunu Paşinyan da etiraf edir. Açıq dildə desək, bu hər an müharibənin yenidən bərpası demək olacaq. Ermənistan əhalisi buna razıdırmı? - cavab yəqin ki, “yox”dur. Budəfəki müharibənin nəticələri daha acınacaqlı ola bilər - Ermənistan Azərbaycanın sayəsində qazandıqlarını və qazanacaqlarını bir anda itirəcək. Bu mənada, Paşinyanın baxışları və seçki platforması vətəndaşların maraqlarına daha çox uyğun gəlir. Paşinyan özü də anlayır ki, Bakı müharibə “mesajlarına” adekvat cavıb verəcək - belə bir hal sülh perspektivini də yoxa çıxarır, sıfırlayır. Bunun üçün seçkidən öncə bütün aktorlara mesaj ötürərək, qəti surətdə bunun əleyhinə olduğunu nümayişkaranə şəkildə göstərir.
Türkiyə hər zaman Azərbaycanın yanındadır...
Ortada mühüm bir faktor daha var - Türkiyə amili. Yeni eskalasiya təhdidi yaranan zaman artıq bölgədə Azərbaycan-Türkiyə tandemi strateji müttəfiq kimi hərəkət edəcək. Bunun da mesajı verilib. Bir neçə gün öncə Türkiyədə baş tutan Antaliya Diplomamtya Forumunda jurnalistlərin suallarını cavablandırarkən XİN başçısı Hakan Fidan ötən il ABŞ-da Azərbaycan və Ermənistan arasında keçirilən görüşə toxunaraq sülh müqaviləsinin yekun imzalanması üçün hələ bir neçə addımın atılmasının vacib olduğunu bildirmişdi. O, dünya ictimaiyyətinin iki ölkə arasında sülh üçün inanılmaz rəğbətinə və dəstəyinə diqqət çəkərək, Türkiyənin həmişə Azərbaycanın yanında olmağa davam edəcəyini və bunun ortaq bir tale olduğunu söyləmişdi. Fidan Azərbaycan və Ermənistan arasında sülh nəticəsində bölgənin daha sabit olacağına inandıqlarını vurğulayaraq, “Bu, bölgənin bütün xalqları üçün son dərəcə vacibdir” demişdi.
Aprelin 12-də adıçəkilən forum çərçivəsində Hakan Fidanla görüşdən sonra mətbuatın suallarını cavablandıran Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bildirmişdi ki, Türkiyə ilə danışıqlarda hər iki tərəf son məqsədin münasibətlərin “tam normallaşması” olduğunu başa düşüb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı suala cavab olaraq Mirzoyan bildirmişdi ki, Ermənistan üçün “tarixi və misli görünməmiş” müqavilə imzalanmağa tamamilə hazırdır.
Beləliklə, Türkiyə hər zaman Azərbaycanın yanında olduğun bir daha bəyan edir - Ermənistan isə öz gələcəyinin məhz bu iki qardaş dövlətin sayəsində quracağını anlamalıdır. Bunun üçün isə bir yol var - Ermənistan seçicisi öz seçimini etməlidir: ya sülh və inkişaf, ya da...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50

