Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Ağdaşda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

25.09.2026 [16:20]

27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları kollecdə Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, ADHK ərazi partiya təşkilatının sədri Mirvari Ağayeva çıxışında gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında dövlətimizin həyata keçirdiyi siyasətdən söz açıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində yetişən igid Vətən övladlarının sayəsində torpaqlarımız işğaldan azad edilib.

Partiya fəallarından Gülər Xəlilova, Vüsalə Hacıyeva və Fidan Qasımova çıxışlarında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm yer tutduğunu, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar. Natiqlər şəhidlərimizin göstərdiyi qəhrəmanlığın gənc nəslə örnək olduğunu qeyd ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov Prezident İlham Əliyevin müasir ordu quruculuğu siyasətindən geniş bəhs edib. Sədr müavini Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə diqqət çəkərək, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb.

Tədbirin sonunda kollecin tələbələrinin ifasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim olunub.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30