Avropa İttifaqına “hə”, ATƏT-ə “yox”?
08.10.2021 [11:03]
Sülh, təhlükəsizlik və əməkdaşlığın yolu dürüst siyasətdən, yaxud siyasi səmimiyyətdən keçir
44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri regional təhlükəsizlik və əməkdaşlıq kontekstində yeni dönəmin başlanmasını şərtləndirdi. Qalib Azərbaycanın yaratdığı reallıqlar bölgədə çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkanlar formalaşdırdı. Bu isə həm region dövlətləri, həm də bölgədənkənar aktorlar üçün strateji şans - tarixi fürsətdir.
Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Prezident İlham Əliyevin Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsinin qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq. Dövlət başçısı Azərbaycanın səhifəni çevirdiyini, qonşu Ermənistanla əlaqələr qurmaq istədiyini vurğuladı: “Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”.
Eyni zamanda, dövlət başçısı mühüm bir məqama da diqqət çəkərək “Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik”,-deyə vurğuladı. Bəli, dürüst siyasət, yaxud siyasi səmimiyyət - bu, yeni mərhələdə qarşılıqlı faydalı əməkdaşlıq şəraitində regionun strateji gələcəyinin inşasına imkan verəcək.
Əlbəttə, bu əməkdaşlıq regional inkişaf kontekstində yaxşı perspektivlər vəd edir. Ümumiyyətlə, dünyada böyük etimada malik olan Azərbaycan Avropa İttifaqı ölkələri üçün vacib və cəlbedici tərəfdaşdır. Aİ ölkəmiz ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasını isə ayrıca qeyd etmək gərəkdir. Ölkəmiz 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Göründüyü kimi, regionda sülh, təhlükəsizlik və əməkdaşlığın yolu dürüst siyasətdən, yaxud siyasi səmimiyyətdən keçir. Gələcəyə strateji baxışın əsas prinsipi budur. Amma hələ də gələcəyə keçmişin diktəsi ilə nəzər salmağa cəhd göstərən, obyektiv və prinsipial mövqe ortaya qoya bilməyən qüvvələr də var. ATƏT-in Minsk qrupu bu sıradadır. 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. “Siyasi reanimasiya” şəraitində olan Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına fəaliyyət üçün konkret təklif və təşəbbüslərlə çıxış etmir.
Bütün bu məsələlər isə yeni dönəmdə “Avropa İttifaqına “hə”, ATƏT-ə isə “yox” sualı ətrafında ictimai rəydə müzakirələrin aparılmasını şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

