Söz ilə əməlin vəhdəti
14.01.2022 [10:17]
Korrupsiyaya qarşı mübarizə real hədəfdir və prinsipial xarakter daşıyır
Nurlan
Hər bir dövlətin milli gücünü müəyyən edən mühüm amillərdən biri milli maraqlara və müasir çağırışlara müvafiq strateji kursun həyata keçirilməsidir. Təbii ki, burada çevik və səmərəli idarəetmə sisteminin formalaşdırılması xüsusi yer tutur. Çünki həm islahatların davamlılığının təmin olunması, həm də neqativ hallara qarşı təsirli mübarizə mexanizminin yaradılması üçün idarəetmənin effektivliyinə nail olmaq gərəkdir. Bu baxımdan, Azərbaycan təcrübəsi mütərəqqi nümunə kimi dəyərləndirilə bilər. O mənada ki, ölkədə həm müxtəlif sahələri əhatə edən kompleks reformalar həyata keçirilir, həm də korrupsiya, rüşvətxorluq kimi ictimai sistemi zədələyən sosial bəlaya qarşı ciddi mübarizə aparılır.
Güclü siyasi iradə - barışmaz mövqe
Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə dövlətin ictimai-sosial və mənəvi-siyasi dayaqlarının möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. İnsan faktoru ilə əlaqədar olan rüşvətxorluq, korrupsiya kimi mənfi hallar bütün cəmiyyətlərdə hökm sürür. Burada vacib strateji məqam bu problemə qarşı mübarizədə siyasi iradənin sərgilənməsidir - barışmaz mövqeyin ortaya qoyulmasıdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli islahatlar strategiyasının tərkib hissəsidir və davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı qeyd edib ki, son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. “Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar”, - deyən dövlət başçısı heç kimin bu məsuliyyətdən boyun qaçıra bilməyəcəyini, heç kimin qanundan üstün olmadığını, qanun qarşısında hamının bərabər olduğunu, heç kimin əvvəlki xidmətlərinin nəzərə alınmayacağını söyləyib: “Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
Kadr islahatları - yeni çağırışlar və konkret tələblər
Neqativ hallara qarşı mübarizədə, şübhəsiz ki, Prezident İlham Əliyevin məqsədyönlü islahatlar kursunun mühüm rolu var. Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Bu, Azərbaycanın qüdrətinin daha da artmasını təmin edən mühüm amil olaraq qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Bu istiqamətdə isə kadr reformaları böyük əhəmiyyət daşıyır.
Kadr islahatlarının məqsədi, şübhəsiz ki, idarəetmədə səmərəliliyin artırılması, ölkənin inkişafı naminə yenilikçi və təşəbbüskar qüvvələrin enerjisindən - potensialından istifadənin təmin olunmasıdır. Amma bununla yanaşı, bəzi kadrların özünü, ona olan etimadı doğrultmaması hallarına da rast gəlinir. Dövlət başçısı bəhs olunan müsahibəsində bu məqamlara toxunaraq “Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”, - deyə bildirib.
Bütövlükdə isə, bu proseslər ictimai rəydə də öz müsbət qiymətini alıb, yəni korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar, mütərəqqi kadr siyasəti - islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısının bu strateji kursuna yüksək ictimai dəstəyin göstərilməsi, bəhs olunan prosesdə dövlət-vətəndaş birliyinin təmin olunması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi böyük əhəmiyyət daşıyır və mühüm nəticələr əldə etməyə imkan verir.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16

