İƏT-in məsuliyyətli və fəal üzvü...
07.03.2024 [10:32]
Ölkəmiz Qəzza zonasında hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır
Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.
Ceyhun Bayramov: Azərbaycan İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır
Qeyd edək ki, Azərbaycan İƏT-in tədbirlərində də fəal iştirak edir. Yeri gəlmişkən, martın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak edib. Ceyhun Bayramov tədbirdə çıxışı zamanı İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib. Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir Azərbaycanın insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib. Ceyhun Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhuna və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycan və İran XİN başçıları nəyi müzakirə edib?
Qeyd edək ki, Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla da görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
İranın XİN başçısı ölkəmizdə keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi və İlham Əliyevin bu ali vəzifəyə yenidən seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Bu seçkilərin xüsusilə Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
Nazirlər, həmçinin Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.
Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Ceyhun Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
Nazir mövcud regional vəziyyət, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib. Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57

