Afrikadan qovulan Makron...
12.03.2024 [10:45]
Mərkəzi Avroasiya üzərindən müharibə planları qurur
Fransanın timsalında bəzi güclərin özünü “dünya orbitri” sayması son dövrlərdə daha qabarıq hiss edilməyə başlayıb. Regionundan, qitəsindən və mahiyyətindən asılı olmayaraq bütün siyasi-iqtisadi, hərbi, hətta daxili proseslərə belə qarışmaq “imtiyazını” özündə hiss edən Fransanın münasibəti də adekvat olmur - belə ki, proseslərə yanaşmalarında demokratiya, hüquq və bu kimi bəşəri dəyərlərdən deyil, korporativ maraqlardan çıxış edən Fransa bununla da özünün əsas “ideyası”nı ifşa etmiş olur. Bütün dünyaya zəhərli “oMi(a)kron” ştammı yayan Yelisey sarayının siyasi həfdələri separatizm, imperializm və kolonializmdən uzağa getmir.
Ən maraqlı hal isə Fransanın “sözdən uzağa” getməyən bu kimi addımlarla özünü ifşa və biabır etməsidir. Prezident Makron dövlət başçısı kimi bütün uğursuz addımları atmaqda “qərarlı” görünür. Məsələn, son 3 ildə Fransanın qanunverici strukturlarının Azərbaycan ilə Ermənistan arasında baş verənlərə münasibətdə açıq separatizmə dəstək kampaniyası həyata keçirməsi bunun bariz sübutudur. Beynəlxalq hüquqdan, bəşəri dəyərlərdən, dövlətlərin ərazi bütövlüyü prinsipindən dəm vuran Paris nədənsə Azərbaycana münasibətdə fərqli “standartlara” müraciət edir. Bunun isə səbəbi hər kəsə bəllidir - Azərbaycanın müstəqil xarici siyasət kursu və bölgədə yaratdığı yeni reallıqlar...
Vurğulandığı kimi, Fransanın bu davranışları isə “özü deyib-özü eşitməkdən” uzağa getmir. Heç bir ölkə, hətta ən yaxın müttəfiqləri belə Fransanı, Makronu ciddiyə almır.
Sözdə yardım, əməldə “gizli məqsəd”...
Bəlli olduğu kimi, artıq üçüncü ilinə qədəm qoymuş Ukrayna - Rusiya müharibəsi müasir siyasi gündəmin əsas müzakirə predmetidir. Münaqişənin mahiyyətinə və arxada qalan dövrə, hətta qarşıdurmanın davam etməsinə maraqlı olan qüvvələrin səyinə diqqət yetirsək bəzi reallıqları görməmək mümkün deyil. Fransa son dönəmlərdə münaqişəyə hədəflənən manipulyasiyaları ilə Avropada önə çıxmaq cəhdləri göstərir, bununla da Qarabağda ifşa olunan “simasızlığını” kompensasiya etməyə çalışır. Aİ-nin “mülki missiyası” adı altında Fransanın Cənubi Qafqazda möhkəmlənmə “planının” iflasının ardından “Ukraynaya dəstək” kampaniyasına start verməyə çalışan Parisin yenə “ağzı yandı”. Avropa məkanı Makronu 24 saat keçməmiş ifşa etdilər - onun yalan danışdığı bəyan olundu. “Ukraynaya yardım” adı altında özünə Avropada siyasi xal yığmaq istəyən Fransa acı həqiqətlərlə üz-üzə qaldı - Makronun öz ölkəsinin Ukraynaya yardımı gülünc rəqəmlərdə ifadə olunur. Arxada qalan 3 il ərzində Ukraynaya münasibətdə hərbi yardım bir tərəfə, hətta normal humanitar yardım belə etməyən Makron hakimiyyəti Aİ-nin “statistik rəqəmləri” arxasında gizlənməyə çalışıb. Ukraynaya münasibətdə boşboğazlıqdan başqa heç nə ilə yadda qalmayan Makronun dəstəyi “sözdə silahlandırmadan” uzağa getməyib. Hər zaman olduğu kimi, rəsmi Parisin ucuz imperialist siyasi məqsədləri özünü bütün təfərrüatları ilə biruzə verir: Makronun hədəfi heç də Ukraynaya kömək deyil. O, bu və ya digər vədlərlə Ukraynanın “başının altına yastıq qoyur” və münaqişənin davamlılığını “təmin etməyə” çalışır.
Makronun biznes dərdi...
“Plan” isə bəllidir. Makron heç də anti-Rusiya koalisiyasına başçılıq etməyə niyyətlənməyib - onun dərdi Avropada özünün patronajlığını təmin etməkdir. Məsələn, bəzi dövlətləri “Aİ üzvlüyünə namizəd” statusu ilə “ümidləndirərək” bu dövlətləri özünün “siyasi-hərbi dəyənəyi”nə çevirmək istəyən Makron hakimiyyəti post-sovet regionuna münasibətdə bu kimi ştrixlərə üstünlük verir. Yəni real olaraq hər hansı bir dəstək və ya yardım, nəinki “üzvlük”, onun üfüqdəki işartısı belə gözə dəymir. Əsas məqsəd belə yalanlarla Avropada “dayaqlarını” möhkəmləndirməkdir.
Makronun sanki “Ukraynaya yardımı başa çatdırıb”, “bu cəbhədə strateji məqsədlərə nail olmuş” kimi indi də Moldovada missiya yaratmaq arzusu bu planın növbəti “bəndidir”. Birbaşa Fransa bu kimi “missiyalarla” yerlərdə sürünən imicini xilas etmək niyyətindədir. Qarabağda “daşa dəyən”, Ermənistandakı “kəşfiyyatçı missiyası”nın maskası yırtılan planını Şərqi Avropaya münasibətdə həyata keçirməyə çalışır. Məsələləri paralel olaraq qiymətləndirdikdə bəlli olur ki, Fransa bütövlükdə, Mərkəzi Avroasiyada münaqişələr yaratmaq, onu alovlandırmaq, yararsız silahlarını satmaq üçün bazar tapmaq arzusundadır. Fransa prezidenti Ermənistanda da missiyanın yaradılmasına nail olub, bu ölkəyə silah satır, Fransa şirkətlərinin lisenziyası əsasında Hindistan tərəfindən istehsal olunan silahlar Ermənistana satılır. Makron pul qazanır - amma bu dövr ərzində Ermənistanın durumu daha da pisləşib. Fransa Afrikadan qovulmaqla özünün gəlir mənbələrindən uzaq düşüb və bu gün Ermənistan, Ukrayna, Moldova üzərindən yeni biznes şəbəkəsi yaratmağa çalışır.
Makron unudur ki, onun bəyanatları, Fransanın niyyətləri Parisin əsl simasını ortaya çıxarmağa daha açıq şərtlər formalaşdırır - məsələn, Makron Fransa əsgərlərinin Ukraynada olmalı olduqlarını bəyan etməklə beynəlxalq hüququ tapdayır. Bu qədər məsuliyyətsizlik isə nəinki Fransa prezidentinə, bu ölkənin kiçik bir şəhərinin merinə belə yaraşmır. Görünən budur ki, dünya ilə yanaşı, Fransa cəmiyyəti və dövləti də “oMi(a)kron” ştammının vurduğu ziyanın altını hələ çox çəkəcək...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01

