Ölkənin konstitusiya quruluşunun tarixi
07.11.2025 [13:04]
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ərsəyə gəlmiş və qəbul edilmiş Əsas Qanun ölkəmizin tarixində çox mühüm və taleyüklü tarixi hadisə olmaqla demokratiyamızın, dövlət suverenliyimizin, insan hüquq və azadlıqlarının təminatı sahəsində artıq bizə çox şey vermişdir. Bizim cəmiyyətin ən mühüm dəyərləri bu qanunun təməl prinsiplərini təşkil edir.
Konstitusiyamızda demokratik və hüquqi dövlət quruculuğunun əsasları göstərilmiş, hər bir vətəndaşın hüquq və azadlıqları, seçib-seçilmək hüququ, ölkənin siyasi və iqtisadi həyatıında fəal rolu təsbit olunmuşdur. Bizim milli Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı praktikasına, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, dünyəvi dövlət quruculuğu üçün baza rolunu oynamışdır.
İlk Konstitusiyamızın qəbul olunmasından keçən müddət tarixən qısa olsa da, Azərbaycan Respublikası həmin müddətdə bütün sahələrdə xeyli irəliləmiş, ölkədə aparılan siyasi və iqtisadi islahatlar, həyata keçirilən demokratik dəyişikliklər iqtisadiyyatın intensiv inkişafına, sosial-iqtisadi və ictimai-siyasi həyatda böyük uğurların qazanılmasına imkan yaratmışdır. Strateji məqsədlərin həyata keçirilməsi, qlobal iqtisadi və sosial layihələrin reallaşdırılması, dövlətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq baş verən yeniliklər yetərincədir. Hüquqi və vətəndaş cəmiyyəti quruculuğunda yeni meyillər, cəmiyyətin inkişafında pozitiv cəhətlər meydana çıxır, beynəlxalq əlaqələr və insan münasibətləri təkmilləşir, ayrı-ayrı dövlətlərin siyasi sistemlərindən müsbət cəhətlər mənimsənilir.
Məhz bu hadisədən sonra ölkəmizdə hüquqi islahatların beynəlxalq standartlara uyğunlaşdırılması yolunda ciddi addımlar atıldı, bütün dövlət və ictimai təşkilatların iş üsulları Konstitusiyanın tələblərinə fəal şəkildə uyğunlaşdırıldı. Müstəqilliyimizin inkişaf etdirilməsi, ölkə üçün hava və su kimi lazım olan sabitliyin bərqərar olması yeni vüsət aldı, əsil vətəndaş cəmiyyəti təşəkkül tapdı.
Ötən il Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildi ki, bu da zamanın tələblərindən irəli gəlmişdir. Həmin məsələ respublikamızın ictimaiyyətinin dərin marağına səbəb oldu, geniş kütlə tərəfindən razılıqla qarşılandı. Ümumxalq müzakirəsinə təqdim edilmiş Referendum Aktının hamı tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəbi o idi ki, bu müddəalar insanların gələcəyinin daha parlaq olmasına yönəlmişdir, dövlətin və dövlətçilik ənənələrinin, demokratiyanın daha da inkişaf etdirilib möhkəmləndirilməsi məqsədini güdür.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40

