/ / Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub
08.11.2025 [14:34]
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi hesab olunur. Şuşa mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Qarabağın dilbər guşəsidir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı.
“Şuşa – Zaqafqaziyanın Konservatoriyasıdır” - təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün guşələrində Azərbaycan musiqisini layiqincə təmsil edərək ona şöhrət gətirmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.”
1848-ci ildən başlayaraq Şuşada ziyalılar arasında teatr tamaşaları nümayiş etdirilib. 1848-ci ildə Şuşada iki böyük tamaşa - mərkəzi-teatr və sirk mövcud idi.
1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər.
1897-ci ilin fevralında Şuşada ilk şəhər kitabxanası yaradılmışdır.Daha sonralar Şuşa şəhərində 2 kitabxana - şəhər və uşaq kitabxanası fəaliyyət göstərmişdir. Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxana Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci il may ayının 8-də 200 min nüsxədən artıq kitab fondu olan Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir.
1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.
Şuşada həmçinin məşhur filmlərimizdən də çəkilib. Bunlara misal olaraq, "Koroğlu", "Gilan qızı", "Hacı Qara", "Oxuyur Şövkət Ələkbərova" və digərlərini qeyd etmək olar.
1989-cu ildən başlayaraq hər il Şuşada – “Cıdır düzü”ndə "Xarıbülbül" musiqi festivalı keçirilirdi. Festival sadəcə 1991-ci ilə qədər davam edə bilib.
İşğala qədər Şuşada Dövlət Dram Tеatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tariхi və Şuşa şəhərinin tariхi muzеyləri, Üzеyir Hacıbəyоvun, Bülbülün, Mir Möhsün Nəvvabın хatirə muzеyləri, Azərbaycan Хalçası Dövlət Muzеyinin filialı, Dövlət Rəsm Qalеrеyası, dörd texnikum, iki inistitut filialı, texniki peşə məktəbi, 25 orta məкtəb, оrta və оrta iхtisas musiqi məкtəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 кitabхana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.
Bununla yanaşı, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B. Zakirin, M.M. Nəvvabın, S.S. Axundovun, N.B. Vəzirovun, Y.V. Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir.
Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə "Xarıbülbül" musiqi festivalı və “Vaqif” Poeziya Günləri yenidən təşkil olundu. “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” adlı sərgilər nümayiş olundu.
Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxAnalitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38

