Üçrəngli bayrağımız dalğalandıqca sevincimiz, qürurumuz yerə-görə sığmır
09.11.2025 [15:58]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın üçrəngli bayrağı yüksəklərdə dalğalandıqca sevincimiz, qürurumuz yerə-görə sığmır. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində, haqq savaşında Azərbaycanın qazandığı qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda, Hadrut, Mincivan, Ağbənd, Əsgəran qəsəbələrində, Suqovuşanda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır. Ali Baş Komandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində qalibiyyət rəmzi olan müqəddəs bayrağımız azad edilmiş torpaqlarda ucalır, başdan-başa ölkəmizi bəzəyir. Üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə yaddaşlara, tarixə yazıldı.
Hər saatı, hər dəqiqəsi bir dastan olan 44 Günlük Vətən Müharibəsindən, haqq savaşından qalib çıxan Azərbaycanda bu ərəfələr bayram-bayrama qarışır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qüdrəti, xalqımızın birliyi sayəsində düşmən tapdağından azad olan Şuşaya bayrağımızın sancıldığı Zəfər Günündən 1 gün sonra - 9 noyabrda tarix boyu dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşan xalqımızın Dövlət Bayrağı Günü qeyd edilir.
Dövlət bayrağımız barədə Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Bəli, xalqımın, dövlətimin şərəf və ləyaqətinin ifadəsi olan üçrəngli bayrağa xüsusi münasibəti hər zaman özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirən üçrəngli bayrağımıza, milli atributumuza sevgi ildən-ilə daha da artıb. Özünütəsdiq simvolu olan bayrağı qürur və güvənc yeri sayan xalqımız bundan böyük qürur duyur. Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
“Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi bu sözlər hər birimizdə qürur, iftixar hissi yaratdı. 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq bütün işğal altında olan torpaqlarımızın da azad ediləcəyinin müjdəçisinə çevrilən bayrağımız Vətən savaşının 44-cü günündə Qarabağda əbədi dalğalandırıldı.
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin simvolu olaraq böyük əhəmiyyət kəsb edən Zəfər paradı həm də xalqımızın milli qürurunun və tarixi qalibiyyətinin təntənəsi idi. Vətənimizin azadlıq rəmzi bayrağımız Zəfər paradında qürurla, fəxrlə Qalib Azərbaycanın mavi səmasında, ən yüksəklərdə dalğalandı.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40

