Ukrayna Prezidenti: Kiyev vilayətində yüz minlərlə ailənin elektrik enerjisi təchizatı kəsilib
13.01.2026 [15:26]
Rusiya dünən gecə əksəriyyəti “Şahed” olmaqla, təxminən 300 hücum dronu, 18 ballistik raket və 7 qanadlı raketlə Ukraynaya hücum edib. Zərbənin əsas hədəfi yenə də enerji sektorumuz - elektrik enerjisi istehsal edən qurğular və yarımstansiyalar idi. Təəssüf ki, yaşayış və mülki infrastruktura ciddi ziyan dəyib. Dnepr, Jitomir, Zaporojye, Kiyev, Odessa, Sumı, Xarkov və Donbas bölgələri vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O əlavə edib: “Onlar hərbi məntiq olmadan Xarkov vilayətindəki Korotiç şəhərindəki poçt terminalını raketlərlə vurublar və dörd nəfər həlak olub. Ailələrə və dostlara başsağlığı verirəm. Kiyev vilayətində vəziyyət ağırdır: hazırda bir neçə yüz min ailə elektriksiz qalıb. Bütün təcili yardım xidmətləri yerindədir. Möhkəm istehkam məntəqələri qurulub. Həmişə olduğu kimi, Rusiyanın məhv etmək istədiyi yerdə ukraynalılar bir-birini dəstəkləyir və indi ən çox ehtiyac duyulan daxili dözümlülükdür”.
Onun sözlərinə görə, həyatlara son qoyan belə zərbələrin hər biri Ukraynaya dəstəyin dayandırıla bilməyəcəyini xatırladır.
“Hava hücumundan müdafiə sistemləri üçün raketlərə hər gün, xüsusən də qışda ehtiyac var. Dünya Rusiyanın bu terroruna Ukrayna üçün yeni yardım paketi ilə cavab verə bilər. Biz artıq Amerika və Avropa ilə razılaşdırılmış tədarüklərin sürətlənəcəyinə ümid edirik. Rusiya başa düşməlidir ki, soyuq hava müharibədə qalib gəlməyə kömək etməyəcək. Yardımını əsirgəməyən hər kəsə təşəkkür edirəm”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

