Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub

15.01.2026 [23:19]

2025-ci il uzunmüddətli qeyri-adi yüksək temperatur tendensiyasını davam etdirərək tarixdə üçüncü ən isti il kimi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, qlobal orta temperatur 14,97 dərəcə Selsi təşkil edib ki, bu da 2023-cü ildən cəmi 0,01 dərəcə Selsi, tarixdə ən isti il olan 2024-cü ildən isə 0,13 dərəcə Selsi aşağıdır.

Sənayedən əvvəlki dövrlə müqayisədə 2025-ci ildə yer səthinin hava temperaturu 1,47 dərəcə Selsi yüksək olub. 2023–2025-ci illəri əhatə edən üçillik dövrdə orta temperatur ilk dəfə 1,5 dərəcə həddini aşsa da, uzunmüddətli qlobal istiləşmə səviyyəsi hazırda sənayedən əvvəlki göstəricilərdən təxminən 1,4 dərəcə yüksək qalır. Yalnız 2024-cü ildə temperatur 2015-ci il Paris Sazişində müəyyən edilmiş kritik 1,5 dərəcəlik həddi demək olar ki, bütün ölkələr üzrə keçib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin 1,5 dərəcədən yuxarı qalxması geri dönülməz mərhələlərin başlanmasına gətirib çıxara bilər. Bu isə dəniz səviyyəsinin yüksəlməsi, daha güclü istilik dalğaları və fırtınalar, eləcə də ekosistemlər və biomüxtəliflik üçün dağıdıcı və təhlükəli nəticələr yarada bilər.

2025-ci ildə dünyanın əhəmiyyətli hissəsində temperatur orta göstəricilərdən yüksək olub. Arktika və Antarktika da daxil olmaqla bir çox bölgədə rekord səviyyədə ikinci və ən yüksək illik temperaturlar qeydə alınıb. Şimal-qərb və cənub-qərb Sakit okean hövzələri, şimal-şərqi Atlantik, Uzaq Şərq, şimal-qərbi Avropa və Mərkəzi Asiya da rekord istilərlə seçilib.

Son 11 il ardıcıl olaraq tarixdə qeydə alınmış ən isti 11 il olub.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31