Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb
19.01.2026 [15:31]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar - Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları tərəfindən Qazax şəhərinin mərkəzindəki Şəhidlər xiyabanı ziyarət edilib, abidə önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirdiyini vurğulayıb. Rayon təşkilatının sədri xalqımızın başına gətirilən bu faciənin müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd edib.
A.Nəbiyev Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə dövlətimizin günbəgün, zaman -zaman öz hədəflərinə doğru irəlilədiyini, müstəqil, suveren Azərbaycanın bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya və dünya şöhrətli Liderə malik bir ölkə kimi tanındığını bildirib. O, bütün şəhidlərin, faciə, soyqırım və qətliam qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının artıqlaması ilə alındığını xüsusi vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir qəhrəmanlıq salnaməsidir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. RİH başçısı 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyev tərəfindən bu faciənin dünya ictimaiyyətinə çatdırılmasından, qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində Dahi Rəhbərin misilsiz xidmətlərindən, ölkəmizdə yüksək səviyyədə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
Tədbirdə partiya fəallarından Ülviyyə Bayramova, Fəridə Xudiyeva, şəhid atası Elxan Abdullayev çıxış ediblər. Partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı 20 Yanvar faciəsi ilə bağlı şeirlərini səsləndiriblər.
Sonda Qazax Dövlət Dram Teatrının aktyorları ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

