20 Yanvar: Xalqımızın şanlıq qəhrəmanlıq və dəyanət günü...
19.01.2026 [13:27]
Elçin Quliyev
YAP Nərimanov Təşkilatının sədri
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 36 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız dinc sakini yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi.
Bütün bunlara baxmayaraq qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi, əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü.
XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət də var. Qanlı hadisələrdən 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Qara Yanvar hadisələri yenidənqurma dövründə, uydurulmuş Dağlıq Qarabağ münaqişəsi fonunda baş verdi. SSRİ-nin süqutu zamanı Azərbaycan ərazilərinin işğalı ilə bağlı öz çirkin planlarını həyata keçirməyə çalışan radikal erməni millətçiləri marionet Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyindən öz məqsədləri üçün alət kimi məharətlə yararlandılar.
Bu məqsədlə erməni planlarının həyata keçirilməsinə mane olan Ulu Öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Sovet rejimi M.Qorbaçovun əli ilə böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaqla erməni separatizminin yolunu açdı və erməni lobbisinin planlarına göz yumdu.
Təbii ki, 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi.
Xalqın qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi.
Ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün böyük faciəyə çevrildi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər.
Günahsız insanların böyük itkilərə və məhvinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan xalqının döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi.
Bu qanlı faciəyə ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Xalqına sevgisini növbəti dəfə nümayiş etdirən Heydər Əliyev həyatını riskə ataraq nümunə sərgilədi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etdi. Ulu Öndər baş verənləri qanunsuz, demokratiyaya yad, ölkədə humanizm, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hesab edərək blokadaya məqsədli şəkildə salınmış Azərbaycanın səsini dünyaya çatdırdı.
Xüsusilə qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü il mart ayının 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
1993-cü ildən sonra məhz Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Ölkəmizin müstəqilliyi möhkəmlənib, güclü ordu yaradılıb və inkişafının əsası qoyulub.
Ulu Öndərin ordu quruculuğu sahəsində başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bunun nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra əzəli torpaqlarını düşmən tapdağından qurtardı. Həmçinin 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, gəncliyimizin qəhrəmanlığını və mübarizə əzmini bütün dünyaya göstərdi.
Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər.
Həmin ağrılı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi qədirbilənliklə yad edirik.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48

