Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi
20.01.2026 [10:48]
Azərbaycanı qlobal dialoq məkanı kimi səciyyələndirmək mümkündür. Son illərdə ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu qənaəti möhkəmləndirir. 2024-cü ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla baş tutdu. Cari ildə isə ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir. Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir.
Bu günlərdə beynəlxalq tədbirin keçirilməsinə hazırlıq üzrə daha bir uğura imza atılıb. Belə ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan BMT və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti arasında WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.
Dünyada ölkəmizə artan inam
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Beynəlxalq birliyin ölkəmizə, onun Lideri İlham Əliyevə dərin inamı bu seçimi şərtləndirən ən mühüm amildir. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkan və resursları ilə yanaşı, qlobal miqyasdada mövqelərini də nəzərə alırlar. Azərbaycan özünün ardıcıl və multiregional səciyyə daşıyan xarici siyasətində bir qayda olaraq xoş mərama əsaslanır. Ölkəmiz hər zaman qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir və ilk növbədə özünün verdiyi töhfələrlə bu təşəbbüslərin reallaşmasına nail olur.
Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Azərbaycan belə tədbirləri bir qayda olaraq yüksək standartlar səviyyəsində təşkil edir və bu standartlar sonradan bütün dünyada nümunə kimi qəbul olunur.
Ölkəmizin şəhərsalma təcrübəsi beynəlxalq müstəvidə
BMT-nin müvafiq tədbirinə ev sahibliyi hüququnun ölkəmizə verilməsini şərtləndirən digər bir mühüm amil isə Azərbaycanın şəhərsalma, xüsusilə də işğaldan zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası sahəsində qazandığı təcrübəyə beynəlxalq səviyyədə marağın artmasıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Yüksək Səviyyəli Toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsində Azərbaycanın təcrübəsinə diqqət çəkib. Komitə sədri respublikamızın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin “Yenidən və daha yaxşı qur” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən yenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb.
Ötən ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planında bir sıra mühüm prinsiplər əsas götürülüb. Sənəd yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Baş Plan ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bütövlükdə, 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində paytaxtın əsas inkişaf perspektivlərini müəyyənləşdirir.
Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur.
WUF13-ə hazırlıq prosesində praktiki mərhələyə keçid
Cenevrədə bəhs olunan sazişin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən sənəd 2023-cü ilin dekabrında imzalanmış ev sahibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.
Tədbirdə UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlıq qurulduğuna xüsusi diqqət çəkilib. İndiyədək Qarabağ və Şərqi Zəngəzur bölgələrində 3 Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlər bunun əyani təsdiqidir.
A.Quliyev bildirib ki, bu gün Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. “UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsinə möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə töhfə verəcək”, - deyə komitə sədri vurğulayıb.
UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax mühüm toplantıya ev sahibliyi hüququnu öz üzərinə götürdüyünə görə Azərbaycan hökumətinə təşəkkür edib. Ölkəmizin rolunu xüsusi vurğulayan icraçı direktor “Azərbaycanın liderliyi və tərəfdaşlığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə öz minnətdarlığımızı bildiririk. Biz, təqribən 3 milyard insanı, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyard insana təsir edən qlobal mənzil böhranını birlikdə həll etməliyik”, - deyə bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

