Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən il Bosfor boğazında itkin düşən rusiyalı məşqçinin cəsədi tapılıb

Ötən il Bosfor boğazında itkin düşən rusiyalı məşqçinin cəsədi tapılıb

21.01.2026 [22:26]

Ötən il avqustun 24-də İstanbulda - Bosfor boğazında təşkil olunan üzgüçülük marafonu zamanı itkin düşən rusiyalı məşqçi Nikolay Sveçnikovun cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, dünən İstanbulun Beşiktaş bölgəsinin Kuruçeşmə ərazi sularında aparılan təmizlik işləri zamanı üzərində çimərlik geyimi olan kişi meyiti aşkarlanıb. Meyit şəxsiyyətin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası Qurumunun morquna göndərilib. Aparılan araşdırma nəticəsində cəsədin ötən il yarış zamanı itkin düşən rusiyalı üzgüçüyə aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən ötən il 37-ci dəfə keçirilən Boğaziçi Qitələrarası Üzgüçülük Yarışında 81 ölkədən 2 min 820 idmançı iştirak edib.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31