Xərçəngə qarşı birlikdə!
04.02.2026 [08:54]
Xəstəliyin səbəbləri, əlamətləri və mübarizə yolları...
Xərçəng bu gün bütün dünyada çoxsaylı insan ölümünə səbəb olan xəstəlikdir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin açıqlamasına görə, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Hər il təxminən 10 milyon insan bu xəstəlikdən ölür.
Genetik meyil, tütün və spirt istifadəsi kimi xarici faktorlar, güclü ?ünəş şüasına məruzqalma, radiasiya, kanserogen və kimyəvi maddələr, müxtəlif viruslar, pis qidalanma vərdişləri və hava çirkliliyi xərçəng xəstəliyinin artmasının əsas amilləri kimi önə çıxır.
2005-ci ildən başlayaraq hər ilin bu günü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Xərçəngdən qorunmağın yolları hansılardır?
Mütəxəssislər xərçəngin qarşısını almaq üçün riski artıran ətraf mühit faktorlarından, xüsusilə tütün və spirtdən uzaq olmağın vacibliyini vurğulayır. Həmçinin mütəmadi olaraq idman etmək, tərəvəz və meyvələrlə zəngin sağlam qidalanma, uzun müddət günəş şüalarına məruz qalmamaq lazımdır.
Xəstəliyin qarşısını almaq üçün çəkini nəzarət altında saxlamaq və kifayət qədər yatmaq vacibdir. Digər qorunma yolu, hepatit və HİV-ə qarşı peyvənd olunmaqla müntəzəm olaraq xərçəng müayinəsindən keçməkdir.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi xəstəliyin erkən diaqnozunun bu nöqtədə böyük əhəmiyyət kəsb etdiyini, xəstəliyin qarşısını almaq üçün mütəmadi müayinələrdən keçməyin şərt olduğunu açıqlayıb.
Ötən il dünyada...
Son illər dünyada xərçəng xəstəliyinə tutulanların artması ilə bərabər, xəstəliyin “cavanlaşması” da müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ildə dünyada 20 milyon yeni xərçəng xəstəliyinin qeydə alınacağını vurğulayır. Qeyd olunur ki, ildə baş verən 55 milyon ölüm hallarından 4,2 milyonu məhz bu xəstəliyin payına düşür.
Xəstəliyin növləri
İki yüzdən çox xərçəng növü müəyyən edilsə də, onların rastgəlmə tezliyi insandan insana dəyişir. Dəri, döş, ağciyər, prostat vəzi, mədə, yoğun bağırsaq, uşaqlıq boynu xərçəngi və limfa düyünlərinin şişləri “bədxassəli şiş” və ya “ur” adlanan xəstəliyin ən çox yayılmış növlərindəndir. Xərçəng xəstəliyinin müalicəsi böyük xərc tələb edir və yüksək səviyyədə tibbi texnologiyanın 50 faizindən çoxunda, aşağı gəlirli ölkələrin isə 15 faizindən azında xərçəngin hərtərəfli müalicə imkanları mövcuddur.
Azərbaycanda vəziyyət necədir?
Təəssüf ki, ölkəmizdə də xərçəng xəstələrinin sayı ildən-ilə artır. Əgər 2010-cu ildə bu rəqəm 7626 idisə, 2021-ci ilin sonuna artıq 13 min 644 nəfərə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 62 min 385 onkoloji xəstə qeydiyyatda olub. Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi olub.
Ümumiyyətlə, kişilərdə və qadınlarda xərçəngin tezliyi fərqlidir. Dəri xərçəngi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən növdür. Bunun ardınca kişilərdə ağciyər, prostat, yoğun bağırsaq, düz bağırsaq, mədə və mədəaltı vəzi xərçənglərinə tez-tez rast gəlinir. Qadınlarda isə süd vəzi, ağciyər, yoğun bağırsaq, düz bağırsaq, uşaqlıq boynu, yumurtalıq, mədə və mədəaltı vəzi xərçəngləri daha çox müşahidə olunur.
Azərbaycanda insanlar daha çox mədə, süd vəzi, ağciyər, qida borusu və s. xərçəng növlərindən əziyyət çəkir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22

