Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Torpaq sürüşməsi nəticəsində avtomobil yolu bağlanan Qonaqkəndə 12 tondan çox ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb

Torpaq sürüşməsi nəticəsində avtomobil yolu bağlanan Qonaqkəndə 12 tondan çox ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb

16.04.2026 [14:15]

Qubada torpaq sürüşməsi nəticəsində nəqliyyat əlaqəsi kəsilən Qonaqkənd qəsəbəsinə 12 tondan artıq ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb.

Quba Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür. Bununla əlaqədar icra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və gündəlik tələbat məhsulları xüsusi təyinatlı avtomobillərə yüklənərək mürəkkəb relyefli ərazilərdən keçməklə Qonaqkəndə çatdırılıb.

“Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov və digər aidiyyatı dövlət qurumlarının nümayəndələri ərzağın və gündəlik tələbat məhsullarının birbaşa sakinlərə çatdırılmasında iştirak ediblər. Qəsəbə sakinləri ilə görüş zamanı onların gündəlik qayğıları dinlənilib. Qəsəbədəki sahə xəstəxanasında tibbi xidmətin mövcud vəziyyəti öyrənilərək, insanların sağlamlığının daha yaxşı qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən zəruri tibbi ləvazimat və preparatlar sahə xəstəxanasına çatdırılıb. Sakinlər görüş zamanı görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər”, - deyə rayon icra hakimiyyətinin açıqlamasında qeyd olunub.

Hazırda Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində, torpaq sürüşməsindən sonra yol bağlanan ərazidə yeni alternativ yolun tikintisi davam edir.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30