Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib

Əsas kapitala yönəldilmiş investisiyanın 19,7 faizi tikinti işlərinə xərclənib

15.04.2026 [18:53]

Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş 4 milyard 49,8 milyon manat vəsaitin 19,7 faizi tikinti işlərinin yerinə yetirilməsinə sərf olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkədə 29,7 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 4,6 faizi tikinti sahəsində istehsal edilib. Hesabat dövründə emal sektorunda tikinti materiallarının istehsalı 12,4 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyanın 510,4 milyon manatı (12,6 faizi) yaşayış evlərinin tikintisinə sərf edilib.

Aprelin 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,5 faizi tikinti sahəsində məşğul olub.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30