Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əbu-Dabidə növbəti raund...

Əbu-Dabidə növbəti raund...

04.02.2026 [09:37]

Ukrayna-Rusiya müharibəsi: davam, yoxsa tamam

Fevralın 1-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların ikinci raundu 4-5 fevral tarixlərinə təxirə salınıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, təhlükəsizlik qrupunun işinin ikinci raundu ötən bazar günü keçirilməli idi, lakin üç tərəfin cədvəllərinin əlavə koordinasiyası tələb olunurdu. “Danışıqların ikinci raundu çərşənbə - cümə axşamı Əbu-Dabidə keçiriləcək, biz bunu təsdiqləyə bilərik”, - deyə o bildirib.

Ötən görüşdən sonra...

Qeyd edək ki, üçtərəfli danışıqların 1 fevralda Əbu-Dabidə keçiriləcəyi bildirilmişdi. Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında BƏƏ-nin iştirakı ilə əvvəlki danışıqlar 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə qapalı qapılar arxasında keçirilib. Hər üç tərəf görüşü konstruktiv qiymətləndirib. Görüşdə Rusiya və Ukrayna nümayəndə heyətləri ilk dəfə olaraq ABŞ-ın 2025-ci ilin oktyabr ayından bəri onlarla əlaqələndirdiyi sülh planını birbaşa müzakirə ediblər.

Vurğulandığı kimi, görüş qapalı keçirilib. Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti, ABŞ-ı isə Prezidentin xüsusi elçisi Stiv Vitkoff, Cared Kuşner və Ordu katibi, Ukrayna üzrə xüsusi elçi Den Driskol təmsil edib. Rusiya nümayəndə heyətinə Baş Qərargahın (BQQ) Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib - qrupa yalnız Müdafiə Nazirliyinin nümayəndələri daxil olub. Ukrayna Prezidentinin Ofisinin görüşlə bağlı yaydığı məlumatda bildirilirdi ki, görüşlər müxtəlif formatlarda keçirilib. “Reuters”-in məlumatına görə, BƏƏ hökumət nümayəndəsi danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvlərinin birbaşa qarşılıqlı əlaqədə olduğunu bildirib. Danışıqların ilk günündən sonra Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov görüşün Rusiya müharibəsinə son qoymaq üçün parametrlərə, ləyaqətli və davamlı sülhə doğru irəliləmək məqsədi ilə danışıqlar prosesinin gələcək məntiqinə həsr olunduğunu deyib. Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, danışıqlar çox konstruktiv keçib və dialoqun gələn həftə Əbu-Dabidə davam etdirilməsi barədə razılıq əldə edilib. Prezident Tramp və onun bütün komandası bu müharibəyə son qoymaq və sülh yaratmaq əzmindədirlər. “Axios” ABŞ rəsmilərindən birinə istinadən isə “Biz Putin və Zelenski arasında görüşə çox yaxınıq” yazıb. Bu rəsminin sözlərinə görə, əgər Əbu-Dabidəki növbəti üçtərəfli görüşdə daha çox irəliləyiş əldə olunarsa, bunun ardınca Moskva və ya Kiyevdə görüş keçirilə bilər.

Təxirə salınma səbəbləri...

İkinci görüşün təxirə salınması səbəbi isə məlum deyil. “The New York Times” qəzeti ikinci raundun təxirə salınması qərarının Floridada Rusiya və Amerika nümayəndələri arasında gözlənilməz görüşdə verildiyini bildirib. Qeyd edək ki, yanvarın 31-də Rusiya Prezidentinin xüsusi nümayəndəsi və RDIF-in baş direktoru Kirill Dmitriyev Mayamidə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff, eləcə də Skott Bessent, Coş Qruenbaum və Cared Kuşner ilə danışıqlar aparıb. Danışıqlardan sonra Stiv Vitkoff “X” sosial media platformasında görüşdən ruhlandığını və “Rusiya Ukraynada sülhün bərqərar olması üçün çalışır” deyə yazıb.

“InfoBRICS” xəbər yayıb ki, Rusiya Federasiyası, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçiriləcək danışıqlar yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi güzəştlərinə razılıq verməsi halında uğurlu olacaq. Nəşr sülh danışıqlarının Zelenskinin ərazi güzəştlərinə razılıq vermədiyi təqdirdə əhəmiyyətli irəliləyiş əldə etmə ehtimalını aşağı hesab edir. Bildirilir ki, Ukrayna imtina edərsə, Rusiya tərəfi münaqişəyə hərbi yolla davam edəcək.

Ukrayna təhlükəsizlik arzusundadır

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm  Umerov nümayəndə heyətinin fevralın 3-də Əbu-Dabiyə yola düşdüyünü və orada ABŞ ilə ikitərəfli məsləhətləşmələrin baş tutacağını bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinin razılaşdırılmış çərçivəsi və Ukrayna Prezidentinin aydın göstərişləri var. Rəsmi Kiyevi təmsil edən qrupun əsas məqsədi Ukraynanın təhlükəsiz və iqtisadi bərpasının təməlini qoyacaq ədalətli və davamlı sülhə nail olmaqdır.

Xatırladaq ki, Prezident Zelenski Əbu - Dabi səfəri öncəsi Ukrayna nümayəndə heyəti ilə də görüşüb. O, müzakirə üçün çərçivə haqqında fikirlərini çatdırıb.

Şərtlər dəyişmir?

Rusiya isə nizamlanma şərtlərində güzəştə getmək niyyətində deyil. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Reuters”ə müsahibədə bildirib ki, Prezident Putin tərəfindən formalaşdırılmış Ukraynada nizamlanma şərtləri dəyişməz olaraq qalır.  “Şərtlərə gəldikdə isə onlar açıqdır. Onlar ilk dəfə Rusiya Federasiyası Prezidenti tərəfindən Xarici İşlər Nazirliyində keçirilən görüşdə çıxış edərkən formalaşdırılmışdır”, - deyə Medvedev bildirib.

O əlavə edib ki, bu şərtlər Ankoricdə keçirilən görüşdə amerikalı həmkarlarına da çatdırılıb. “Və şərtlər dəyişməz olaraq qalır”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Putin Rusiyanın 2024-cü ilin yayında təqdim etdiyi Rusiya təkliflərinə əsasən Ukrayna münaqişəsinə sülh yolu ilə son qoymağa hazır olduğunu bildirmişdi. İrəli sürülən şərtlərə gəldikdə isə Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindəki bütün ərazilərindən çıxarılması, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi  və Rusiya əleyhinə sanksiyaların ləğvi bu siyahıya daxildir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28