Hindistanda siqhlərə qarşı cinayətlər...
04.02.2026 [10:35]
Bu cinayətlərlə bağlı “Who Are the Guilty?” adlı hesabat hazırlanıb
Bakı Təşəbbüs Qrupu (BTQ) dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir. Bu yöndə Fransanın, Belçikanın və digər dövlətlərin neokolonializm siyasətini ifşa etmək üçün tədbirlər reallaşdırılır.
Xatırladaq ki, yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib. Konfransdan əvvəl 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı”nda həlak olan siqhlərin xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Tədbirdə BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin siqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlər, eləcə də digər etnik azlıqların üzləşdiyi sistemli ayrı-seçkiliyə həsr edilmiş qısametrajlı film iştirakçılara təqdim edilib.
Dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistan hökumətinin repressiv siyasəti nəticəsində doğma vətənlərini tərk edərək, hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə məskunlaşmış siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində terror aktları, eləcə də Hindistanda təzyiq və məhdudiyyətlərlə üzləşən siqh icmasının əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri müzakirə olunub. Hindistanın zorakılıq, hədə-qorxu siyasətinin yaratdığı regional və beynəlxalq təhlükəsizlik riskləri və bu hallara qarşı beynəlxalq hüquq mexanizmlərindən istifadə imkanları qeyd edilib.
Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri də müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunmasına çağırış edilib. BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.
Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları da müzakirə mövzusu olub. Eləcə də, zorakılıqda iştirak edən siyasətçilərin, polis məmurlarının məsuliyyətə cəlb olunması, sağ qalanlara ədalət və təzminatın təmin edilməsi, şahidlərin qorunması və güclü antizorakılıq qanunlarının qəbulu tələb edilib.
Tədbirin sonunda Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq və ayrı-seçkiliyə qarşı qlobal səviyyədə fəaliyyətə çağırış edib.
Yeri gəlmişkən, bugünlərdə “Who Are the Guilty?” adlı hesabat da yayılıb. Bu hesabat Hindistanın iki nüfuzlu insan haqları təşkilatı - Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People’s Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People’s Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.
Bakı Təşəbbüs Qrupundan bildirilib ki, sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb. Hesabatın əsas məqsədi 1984-cü il oktyabrın 31-də paytaxt Dehli və ətraf ərazilərində siqh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.
Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtarıb sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində işləyən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, rəsmi açıqlamalardan fərqli olaraq, baş verən zorakılıqların hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırıldığı və təşkil olunduğu sübuta yetirilsin.
Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu bildirir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi baş verib. Zorakılığın sosial və iqtisadi nəticələri də genişmiqyaslı olub. Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 min nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 mindən çox şəxs evsiz qalıb və köçkün vəziyyətinə düşüb. Minlərlə insan öldürülüb, çoxsaylı şəxslər isə ağır bədən xəsarətləri alıblar. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıb, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirib, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşiblər.
Hesabata əsasən, 20-50 yaşarası gənc siqh kişiləri evlərindən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetiriliblər. Eyni zamanda, geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib ki, bunlardan 14-50 yaşarası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.
Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, siqhlərə qarşı törədilmiş qanlı hadisələrə görə məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.
Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” (organized carnage) kimi xarakterizə olunub və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
03 Fevral 23:39
Dünya
03 Fevral 23:20
Dünya
03 Fevral 22:51
Dünya
03 Fevral 22:18
Dünya
03 Fevral 21:46
Dünya
03 Fevral 21:23
Dünya
03 Fevral 20:45
Maraqlı
03 Fevral 20:34
Dünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21

