Naxçıvanın inkişafı üçün mühüm islahatlar...
04.02.2026 [11:48]
Konstitusiya Qanununa dəyişikliklər bir sıra önəmli yenilikləri ehtiva edir
Ölkəmizdə həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir.
Milli Məclis Konstitusiya Qanununu II oxunuşda qəbul edib
Ölkəmizin yeni reallıqlarına, möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirlməsi, inkişaf çərçivəsinin genişləndirilməsi artıq bir zərurət kimi çıxış edir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Təbii ki, ölkəmizin reallıqlarına və yeni qlobal çağırışlara uyğun müəyyənləşdirliən strateji vəzifələrin uğurla həyata keçirilməsi, gözlənilən nəticələrin əldə olunması bir sıra amillərdən asılıdır. Bu həm də optimal idarəetmə mexanizmindən, kadrların çevikliyindən asılı olan bir məsələdir. Heç bir halda köhnə üsullarla yeni dövrün tələblərini ödəmək mümkün deyil. Nəzərə alaq ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan müasirləşmə yolu tutub, hər sahədə ölkəmizin yüksək standartları müəyyənləşdirilib. Ona görə də, idarəetmə, siyasi və s. islahatlar ölkəmizin inkişafına xidmət edir.
Yeri gəlmişkən, Milli Məclisin fevralın 2-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun II səsvermədə qəbul olunması Muxtar Respublikanın idarəetmə sistemində vacib islahatları əks etdirir. Bəs sözügedən Konstitusiya Qanununda hansı məsələlər əksini tapır? Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qəzetimizə bildirib ki, ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya Qanunu qəbul edilib və təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib. Onun sözlərinə görə, Konstitusiya qanununun layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə, o cümlədən preambulada dəyişikliklər edilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” müddəası tamamilə düzgün olaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında da öz əksini tapacaq. Eyni zamanda, Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində ölkə rəhbərinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı kimi nəzərdə tutulur. Nümayəndəliyə rəhbərliyi dövlət başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirəcək. Bundan başqa, layihəyə əlavə edilən digər maddədə, yəni 28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması məsələləri öz həllini tapır.
Ali Məclis ölkə Prezidenti tərəfindən buraxıla bilər
Ə.Hüseynli qeyd edib ki, dəyişikliklərə əsasən Ali Məclisin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Ali Məclis ölkə Prezidenti tərəfindən buraxıla bilər: “Bu Konstitusiya qanununda vacib dəyişikliklərdən biri də “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı 5-ci maddəsinin Konstitusiyadan çıxarılmasıdır. Bundan başqa, nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında ölkə Prezidenti tərəfindən təyin edilsin. Həmçinin, layihədə Azərbaycan Prezidentinin, yaxud Azərbaycan Milli Məclisinin təklifi ilə Naxçıvan Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilməsi də nəzərdə tutulur. Konstitusiya qanunu layihəsinə əsasən, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Ali Məclis deputatlarının statusuna dair qanunların 31 səs çoxluğu ilə, digər məsələlərin isə 23 səs çoxluğu ilə qəbul olunacaq. Eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün nəzərdə tutulan Naxçıvanda 5 ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılır”.
Əli Hüseynli: Dəyişikliklər Azərbaycan Konstitusiyasının unitarlığına tam uyğundur
Komitə sədri diqqətə çatdırıb ki, digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının Naxçıvan Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin olunması kimi vacib bir müddəadır. Bundan başqa, Konstitusiya qanununun layihəsinə əsasən Naxçıvan Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək. Həmçinin, sənəddə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Ali Məclis sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulur. Nəhayət, layihəyə əsasən Ali Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları deyil, qanunlar qəbul edəcək. Digər dəyişikliklər isə texniki xarakter daşıyır.
“Hesab edirəm ki, bu Konstitusiya qanunu Azərbaycan Konstitusiyasına, onun unitarlığına tamamilə uyğundur. Biz Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında mövcud olan, o cümlədən icra hakimiyyəti orqanına mənsub olan bir sıra səlahiyyətlərin qanunvericilik hakimiyyətində olması kimi ziddiyyətləri də aradan qaldırmış oluruq”, - deyə Ə.Hüseynli vurğulayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsverməyə çıxarılır. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu da birinci dəfə ötən ilin növbədənkənar sessiyasında qəbul olunmuşdu. Bu səbəbdən ikinci səsvermə fevralın 2-də baş tutub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
03 Fevral 23:39
Dünya
03 Fevral 23:20
Dünya
03 Fevral 22:51
Dünya
03 Fevral 22:18
Dünya
03 Fevral 21:46
Dünya
03 Fevral 21:23
Dünya
03 Fevral 20:45
Maraqlı
03 Fevral 20:34
Dünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21

