Qışın ortasında bir nağıl!
06.02.2026 [08:56]
Qəbələ Festival günlərində...
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açır. Dünən - fevralın 5-dən II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayıb. Fevralın 8-dək davam edəcək festival günlərində Qəbələ sadəcə bir turizm məkanı yox, yaşayan və nəfəs alan bir səhnəyə çevriləcək.
Festivalın əsas dəyəri onun çoxşaxəliliyindədir. Açıq hava konsertləri, milli və müasir musiqi nümunələri, xalq rəqsləri sanki qışın soyuğunu unutdurur. Eyni zamanda, yerli sənətkarların təqdimatları Azərbaycan mədəniyyətinin incə detallarını qonaqlara tanıdır. Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir.
4 gün ərzində...
2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir. Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim edilir. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər olacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirir.
“Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunub. Bu gün - fevralın 6-da isə festivalın təntənəli açılışı olacaq. Çıxış edənlər: Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton). Həmin gecə Cakomo Puççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyev və digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
Mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi
Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın 7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.
Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bağlanışı olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq. Beləliklə, 4 gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərə unudulmaz “Qış nağılı” bəxş edəcək.
“Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki...”
Mədəniyyətşünas-alim Timuçin Əfəndiyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu kimi festivalların keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Xarici dövlətlərdən təşrif buyuran qonaqlar, festival iştirakçıları ölkəmizin mədəniyyəti, incəsənəti ilə birbaşa tanış olurlar. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, bu festivalda dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlər və ansamblların ifası ilə mənəvi yaxınlığımızı hiss edirik. Festivalın əsas məqsədi də bundan ibarətdir.
Hər zaman Qəbələ şəhərinə dünyanın bir çox ölkələrindən səyyahlar, tarixçilər, alimlər, mədəniyyət xadimləri səyahət edir, buranın füsunkar təbiətinə valeh olurlar. 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il dünyanın müxtəlif yerlərindən istedadlı musiqiçiləri bir məkanda birləşdirir və tamaşaçılara yüksək zövqlü və peşəkar ifalar bəxş edir. Festival bu il də tamaşaçılara “Qış nağılı” əhvali-ruhiyyəsi yaşadacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 19:50
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20

