Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyənin Azərbaycandan təbii qaz idxalı azalıb

Türkiyənin Azərbaycandan təbii qaz idxalı azalıb

16.04.2026 [21:09]

Türkiyə fevral ayında Azərbaycandan 428 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi yanvarla müqayisədə 609 milyon kubmetr, ötən ilin fevral ayına nisbətən isə 448 milyon kubmetr azalıb. Azərbaycan yanvarda Türkiyəyə 1 milyard 37 milyon kubmetr qaz ixrac etmişdi.

Fevralda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında üçüncü yerdə (birinci sırada Rusiya - 1 milyard 89 milyon kubmetr və ikinci yerdə İran – 803 milyon kubmetr) qərarlaşıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30