Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək

16.04.2026 [22:43]

ABŞ Silahlı Qüvvələri ilin sonunadək LRHW (Long-Range Hypersonic Weapon) uzunmənzilli hipersəs raketinin ikinci batareyasını silahlanmaya qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini general Kristofer Laniv deyib.

“2024-cü ilin dekabr ayında LRHW raketi uğurla sınaqdan keçirilib. 2026-cı ilin əvvəlində ilk batareya Hərbi Hava Qüvvələrinin “Luis-Makkord” bazasında (Vaşinqton ştatı) yerləşdirilib. İkinci batareyanın yerləşdirilməsi isə 2026-cı ilin sonlarına planlaşdırılır”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30