Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Antonio Koşta: Mülki infrastruktura yönəlmiş istənilən hücum qanunsuz və qəbuledilməzdir

Antonio Koşta: Mülki infrastruktura yönəlmiş istənilən hücum qanunsuz və qəbuledilməzdir

06.04.2026 [22:13]

Yaxın Şərqdə beş həftədir davam edən müharibədən sonra aydındır ki, onun köklü səbəbləri yalnız diplomatik yolla aradan qaldırıla bilər. Mülki infrastruktura, xüsusilə enerji obyektlərinə yönəlmiş istənilən hücum qanunsuz və qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta X hesabında bildirib.

Bu prinsipin hər yerdə keçərli olduğunu vurğulayan A.Koşta hərbi əməliyyatların genişlənməsi durumunda ən çox zərər görəcək tərəfin yenə də əhali olacağını qeyd edib. Aİ-nin İranı region ölkələrinə qarşı hücumlara dərhal son qoymağa və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam azadlığının bərpasına şərait yaratmağa çağırdığını qeyd edən Aİ Şurasının Prezidenti bildirib: “Gərginliyin artması nə atəşkəsə, nə də sülhə gətirib çıxaracaq. Buna yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Ancaq regiondakı tərəfdaşların rəhbərliyi ilə davam edən diplomatik səylər bu baxımdan həlledici əhəmiyyət kəsb edir”.

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30