Azərbaycanın qadınlıq meyarı - Zərifə xanım Əliyeva
15.04.2026 [13:31]
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür. Zərifə xanım Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı həmçinin, gözəl həkim, qayğıkeş ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Biz, bir azərbaycanlı olaraq Zərifə Əliyevanı sevmişik, sevirik, ömrümüzün sonuna qədər də sevəcəyik və onu bir nəfər də sevirdi ancaq fərqli məhəbbətlə. Bu sonradan xalqının Ümummilli Liderinə çevriləcək Heydər Əliyevin sevgisi idi. Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdur. Ulu Öndər Heydər Əliyev kimi bir dahi ilə həyatda birgə addımlaması, Zərifə xanımın qadın kimi xoşbəxtliyi idi. Elə özü də ona xoşbəxtlik gətirmişdi.Ulu Öndərimiz xanımına sonsuz sevgi və hörmət bəsləyirdi. Həyat yoldaşının atdığı hər bir addımı dəstəkləyən qazandığı uğurları ilə fəxr edən onun hər zaman böyük dəstəkçisi olan Heydər Əliyev xanımı haqqında deyirdi:-“Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Sədaqətli həyat yoldaşı,çox mehriban ana, mənim ailəmi, mənim övladlarımı, nəvələrimi yaşadan böyüdən fədakar bir qadın kimi qəlbimdə yaşayacaq. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda O, artıq elm yolunda idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi.” Bu qürurlu cümlələrdən hiss olunurdu ki Ulu Öndərimiz həyat yoldaşına nə qədər dəyər verir. Bu gənc nəsil üçün örnək təşkil edən bir duruş idi. Bir qadını necə sevərlər, bir qadının uğur əldə etməsi üçün ona nə cür dayaq olub dəstək verərlər suallarının cavabı idi Heydər Əliyevin Zərifə xanım Əliyevaya verdiyi dəstək. Nə gözəl hisdir Zərifə xanım kimi sevilmək dəyər görmək.
Analıq hissi Zərifə xanımın ömrünün zirvəsi idi. Onun qadın gözəlliyini, qadın zənginliyini tamamlayırdı. O, övladlarına Vətəni sevməyi öyrətmişdi. Azərbaycanın 30 illik işğaldan sonra əldə etdiyi böyük zəfərdə bir ananın verdiyi öyüdlərin, tərbiyənin zirvəsini gördük. Nahaq deməyiblər ki, “Böyük uğurlar qiymətli anaların böyütdüyü oğulların əməllərinin bəhrəsidir”. Allah ona insanın arzu edə biləcəyi bütün xoşbəxtlikləri bəxş etmişdi, lakin ömür payı çox az oldu - 62 il.
Zərifə xanım Ulu Öndərin ömrünün ən işıqlı səhifəsi oldu. Zərifə xanım ömrünün son gününədək Onun başının tacı, taleyinin ən böyük əmanəti kimi qorumuşdur. Ulu Öndər isə Zərifəsindən sonra nə az nə çox düz 18 il ömrünün ən böyük məhəbbətinin nisgilini yaşayacaqdı. Ulu Öndər Heydər Əliyev kimi möhkəm iradəli insan, qüdrətli şəxsiyyət yalnız sonsuz məhəbbət ilə sevdiyi bu qadının xatirələri qarşısında kövrəlirdi.
Zərifə xanım Əliyevanın ruhunun sönməz işığı və onun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır.
Ləman Cabbarlı
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46

