Qəti şəkildə rədd edilir!
10.04.2026 [10:34]
Azərbaycandakı Dini Konfessiya rəhbərləri BDAK-ın ölkəmizin reallıqlarını təhrif edən hesabatı ilə bağlı bəyanat yayıblar
Ölkəmizin uğurlarını sinirə bilməyən anti-Azərbaycan dairələr yenə iş başındadırlar. Respublikamızla bağlı növbəti absurd dəyərləndirmələr Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq Dini Azadlıq Komissiyasından (BDAK) gəlib. Belə ki, qurumun “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlar ölkəmizin reallıqları ilə ziddiyyət təşkil edir.
Bununla bağlı Azərbaycandakı Dini Konfessiya rəhbərləri bəyanat yayıblar. Bəyanatda qeyd edilib: “Biz, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlığımızı və dərin təəssüfümüzü ifadə edirik. Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik”.
Azərbaycan-ABŞ münasibətlərinin ruhuna uyğun gəlməyən yanaşma
Bəyanatda lobbi maraqlarının ifadəsi olan absurd dəyərləndirmənin Amerika Birləşmiş Ştatlarını təmsil edən qurumdan gəlməsinin məntiqinin başa düşülmədiyinə xüsusi diqqət çəkilib. Hesabatda yer alan əsassız iddialar Azərbaycan-ABŞ münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir.
Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ-la münasibətlərinin genişlənməsinə həmişə böyük önəm verib. Müəyyən mərhələlər, o cümlədən də Bayden administrasiyası dönəmi istisna olmaqla ikitərəfli əlaqələr hər zaman yüksək dinamikaya malik olub. Ağ Evdə administrasiya dəyişikliyindən sonra isə ikitərəfli münasibətlərdə Bayden dönəminin buzları əriyib və keyfiyyətcə yeni bir səhifə açılıb.
Bunu təsdiqləyən ən önəmli faktlardan biri ötən il avqustun 8-də Vaşinqtonda iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Sözügedən sənəddə konkret əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib.
İkitərəfli münasibətlərdə izlənilən müsbət dinamika fonunda ABŞ-ı təmsil edən qurumun hesabatında Azərbaycan reallığına qərəzli baxışın ifadəsi olan iddiaların yer alması təəccüb doğurur. “BDAK-ın bu yanaşması Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir.
Bu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və sabitliyin təşviqində rolunun tanınmasının nümayişi və qlobal miqyasda dinlərarası dialoqun təşviqinə sadiqliyinin sübutu olaraq, ölkəmizin ABŞ Prezidentinin rəhbərliyi altında yaradılmış Sülh Şurasına dəvət olunduğu və sonradan təsisçi üzv dövlət kimi həmin Şuraya qoşulduğu bir dövrdə narahatlıq doğurur”, - deyə Azərbaycandakı Dini Konfessiya rəhbərlərinin bəyanatında vurğulanır.
Tarixdən gələn tolerantlıq ənənələrinə sadiqlik
Bəyanatda bildirildiyi kimi, Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır. Bu, dünyada din və ya etiqaddan sui-istifadə şəraitində təhlükəsizlik riskləri və çağırışların artması fonunda baş verir. Bəyanatda oxuyuruq: “Azərbaycan dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir. İcmalarımız gündəlik həyatlarında belə bir firavan mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər”.
Azərbaycanı fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Bəyanatda bildirildiyi kimi, bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Ölkəmizdəki dini konfessiya rəhbərlərinin bəyanatında narahatlıq hissi ilə vurğulanır ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb. BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur.
Azərbaycanın sərhədləri aşan səyləri
Azərbaycanın uzun tarixə söykənən dini plüralizm və tolerantlıq ənənəsi tanınmış beynəlxalq dini liderlər tərəfindən mütəmadi şəkildə alqışlanıb. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk və digər nümayəndələr yer alır. Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq, ölkəmizi dünya üçün nümunə adlandırıb.
Bundan əlavə, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib dəfələrlə Azərbaycanı dinlərarası harmoniya və İslam-daxili birlik nümunəsi kimi alqışlayıb.
Bəyanatda Azərbaycanın dini yerlərin mühafizəsi və bərpası səylərinin sərhədlərini aşdığına xüsusi diqqət çəkilir. “Heydər Əliyev Fondunun Vatikan şəhərinin mədəni və xristian irsinin, o cümlədən Divarların Xaricində Müqəddəs Pavel Papa Bazilikasının fasadlarının bərpasında dəstəyi və iştirakı Müqəddəs Taxt-Tac tərəfindən minnətdarlıqla qarşılanıb.
Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir. Bu forum BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi dəfələrlə təqdir olunub və bu, BMT Baş Assambleyasının bir sıra qətnamələrində davamlı olaraq öz təsdiqini tapıb”, - deyə bəyanatda vurğulanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52

