Ədəbiyyatın musiqisi
11.04.2026 [08:51]
Sakit okeanda da səslənir, “Şimal buzlu”da da...
Bir balaca ada dövləti öz şairi ilə fəxr edir. Şair isə okeanın ortasında, dünya xəritəsində görünməyəcək dərəcədə kiçicik bir adanın varlığından ruhlanaraq öz sərhədlərini aşır və bu balaca adanı daha böyük dünyaya tanıdır. Ona israrla ingilis dilində yazmağı tövsiyə etsələr də, o öz anasının dilində əsrarəngiz şeirlər yazmaqda israr edir. Məsələn:
“Dəmir ağacın,
həyat ağacının budaqları arasında,
mənim adamın üzərində,
ağarmış sıldırımların zirvəsində,
donub qalmış leysan buludlar asılıb...” (sətri tərcümə)
Bax belə, kiçicik adasını “balaca” dilində elə vəsf edir ki, ana yurdunu tanıtması hər cür reklam çarxından, turizm şirkətlərinin səyahət təkliflərindən daha tutarlı nəticə veirir.
Derek Elton Uolkot Ədəbiyyat sahəsində Nobel mükafatı alan (1992) ikinci qara dərili şair və dramaturqdur. İosif Brodski onun dünyaya gəldiyi və əsərlərində məhəbbətlə söz açdığı kiçik adası, Sent-Lüsiya haqqında deyirdi: “Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdi, Uolkot isə ona ölməzlik qazandırdı”.
Bu yaxınlarda futbol üzrə Azərbaycan yığma komandası “çırtdan ada ölkəsi” Sent-Lüsiya milli komandası üzərində inamlı qələbə qazandı. Uzun fasilədən sonra, yerli baş məşqçi ilə, məğlubiyyətlərdən usanmış heyətlə kiçicik bir futbol uğuru əldə edildi. Bu qələbə bizim futbol həvəskarları tərəfindən nə qədər qəribə, ironik qarşılansa da, hər halda qələbə idi. Azarkeş şərhlərində kiçik adanı dünyaya tanıdan, “bahalı transfer”lərlə ad çıxaran bir neçə Sent-Lüsiya futbolçusunun adı da çəkildi. Lakin bu ada ölkəsi hələ də Derek Elton Uolkotla tanınır...
Əlli ildən çoxdur, güman edilir ki, getdikcə “kiçik” ədəbiyyatlar, daha kiçicik dillər, yəni anadilli ədəbiyyatlar, lokal dünyalardan qopub yaranan mətnlər böyük ədəbiyyat aləmini daha tez-tez fəth edəcək. Buna inanmaq bir qədər çətindir...
İkinci Dünya Müharibəsindən sonra yaranmış bu kimi ümidlər özünü o qədər də doğrultmur. Düzdür, Avropa keçmiş müstəmləkələrinin yerli ədəbiyyatına geniş qapılar açır, oralardakı “balaca dünyaları” mətnin gözü ilə görmək istəyir, bəzən bunu həddən-ziyadə şişirdib ictimai əhəmiyyət həddinə də çatdıra bilir. Üstəlik, lokal coğrafiyaların ədəbiyyatı hələ də öz cəlbediciliyini saxlayır...
Ədəbiyyatın sərhədləri hüdudsuzdur. Turizmə, siyasətə, dil və mənəvi varlığa, dəyərlərin tanınmasına təkan verib uzun illər davamlı təsirə malik ola bilir. Ana dilində yazmaq isə azdır, gərək onu tanıda biləsən. Deyirlər, müasir dünyada, informasiya boğuculuğunda ədəbiyyat və incəsənəti tanıtmaq üçün mütləq onun hamisi olmalıdır. Görəsən, “Mədəniyyət - 2040” konsepsiyamız ətrafında gedən müzakirələrdə hamilik məsələlərinə kiçik ada ölkəsi kompleksi ilə yanaşılması bizi heç olmasa Xəzərin o tayına aparıb çıxara bilərmi?
Ədəbiyyatımızın varlığı az qala siyasi coğrafiyamızın varlığı ilə yaşıddır. Axı belə bir Ədəbiyyata kim deyə bilər, sənin sərhədlərin oradan yox, buradan başlayır? Lakin bəzən öz coğrafiyana kiçik bir ada kimi baxmağa başlayandan sonra da genişlənmək mümkündür. Eynən Derek Elton Uolkotun mətnlərində olduğu kimi. Nəhəng okeanın ortasında balaca təknə kimi yırğalanmaqdan doğulan musiqili mətnlərlə...
Bəlkə, bu qədər toy-büsatın içində musiqimiz çatmır?
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20

