Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

13.05.2026 [20:18]

Dünyada elektromobil satışları aprel ayında illik müqayisədə 6 faiz artaraq 1,6 milyon ədəd təşkil edib.

AZƏRTAC “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, Avropa elektromobil satışlarında artımın əsas hərəkətverici qüvvəsi olaraq apreldə də mövqeyini qoruyub. Mart ayında qeydə alınan rekord satışlardan sonra ötən ay Avropada elektromobil satışları illik müqayisədə 27 faiz artaraq 400 mini ötüb.

Yaxın Şərqdə davam edən hərbi münaqişə səbəbindən yanacaq qiymətlərinin yüksəlməsi Avropada elektromobil satışlarının artmasına müsbət təsir edib.

Dünyanın ən böyük elektromobil bazarı olan Çində satışlar ötən ay illik müqayisədə 8 faiz azalaraq 850 minə enib. Azalmanın böyük hissəsi ilin əvvəlində tətbiq edilən subsidiyaların dəyişdirilməsi səbəbindən cəlbediciliyini itirən kiçik avtomobil seqmentində müşahidə olunub.

Daxili bazarda ticarətin zəifləməsi fonunda Çinin elektromobil ixracı sürətlənib. Təkcə apreldə Çin 400 mindən çox elektromobil ixrac edib. Cari ilin ilk 4 ayında isə ölkənin elektromobil ixracı təxminən 1,4 milyon ədədə çatıb. Bunun nəticəsində Avropa, Cənubi Amerika və Cənub-Şərqi Asiya bazarlarında Çin istehsalı olan elektromobillərin sayında əhəmiyyətli artım qeydə alınıb.

Şimali Amerikada elektromobil satışları apreldə illik müqayisədə 28 faiz azalaraq 120 min ədəd təşkil edib. ABŞ və Kanadada satışlar azalsa da, Meksika bazarında artım müşahidə edilib.

Dünyanın digər regionlarında isə satışlar ötən ay illik müqayisədə 110 faiz artaraq 240 minə yüksəlib.

Paylaş:
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31